Accessibility links

13 Avropa şəhərində qaçqın yemək festivalı keçirilir [Video]


13 Avropa şəhərində qaçqın yemək festivalı keçirilir
please wait

No media source currently available

0:00 0:02:13 0:00

13 Avropa şəhərində qaçqın yemək festivalı keçirilir

İyun ayının 20-Dünya Qaçqınlar Günü münasibəti ilə 13 Avropa şəhərində qaçqın yemək festivalı keçirilir. 2 həftə boyunca restoranlara Suriya, Əfqanıstan, Eritrea və digər ölkələrdən qaçqın aşpazlar cəlb edilib.

Belçikanın paytaxtındakı restoranda suriyalı qaçqın Əbdel Baset baş aşpazlığı öhdəsinə götürüb.

"Bu gün biz ənənəvi suriya yeməkləri hazırlayırıq. Bunun adı Molokiadır. Bu yemək tərəvəz, keşniş və sarımsaqla hazırlanır. Bu, düyü ilə yeyilir."

Baset Suriyanı 2015-ci ildə tərk edib. Yeyinti sənayesində çalışan Baset ordu sıralarına cəlb ediləcəyini eşidir. Milyonlarla digər suriyalı kimi o da təhlükəsiz yerə qaçmaq istəyir. Onun yemək bişirmək sevgisi Basetə yeni həyatını qurmağa yardım edib.

"İş yemək bişirməyə gəlincə mən bişirir, insanlar yeyir. Bu arada məndən Suriyadakı vəziyyəti öyrənir. Məncə bu təmas, fikir mübadiləsi üçün çox gözəl bir vasitədir."

Yannik Van Aeken restoran sahibidir. O düşünür ki, xarici mətbəxlər Belçika restoranlarının onsuz da yüksək standartlarını daha da yülsəkdir.

"Müxtəlif təsirlər, inqrediyentlər, dünyanın hər yerindən bişirilmə üsullarını görmək həmişə xoşdur. Bu yolla ölkələrin mədəniyyətləri və ənənləri ilə az da olsa tanış olmaq olar."

Yemək festivalının təməli Parisdə vətəndaşların təşəbbüsü ilə qoyulub. BMT-nin Qaçqınlar Agentliyinin dəstəklədiyi bu tədbir qaçqınların işlə təmin edilməsinə və mədəniyyətlərin mübadiləsinə xidmət edir.

"Qaçqınlara Avropada münasibət pisdir. Belçikada da. Düşünürəm ki, bu kimi tədbirlərə dəstək verilməlidir. Mən buraya dəstəyimi nümayiş etdirmək üçün gəlmişəm."- deyə restoran müştərisi Colean Potemans bildirib.

Ayın sonunadək 13 Avropa şəhərində keçirilən festivalda 80 qaçqın aşpaz çalışır.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG