Latviya və Ukraynanın sabiq prezidentləri də daxil olmaqla, Aİ ölkələrindən onlarla qanunverici, keçmiş və indiki siyasətçilər Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin həbsdən azad edilməsini istəyib.
Oktyabrın əvvəlində Gürcüstana gəldikdən dərhal sonra saxlanılması bu Cənubi Qafqaz ölkəsində siyasi ab-havanın kəskinləşməsinə səbəb olub.
“Saakaşvilinin dəmir barmaqlıqlar arxasında qalması ədalətli hüquqi prosedurlar işə başlayana qədər ləğv edilməlidir. Gürcüstan demokratiyası mövcud siyasi böhrandan çıxmalıdır” - deyə, müraciətdə bildirilir.
Oktyabrın 18-də Avropa qanunvericiləri tərəfindən imzalanan birgə açıq məktub Avropa Şurası, Avropa Komissiyası və Avropa Parlamenti liderlərinə göndərilib.
Müraciətin müəllifləri hesab edir ki, Gürcüstanda məhkəmə sistemi ictimai etimada malik deyil və buna görə də Gürcüstan hakimiyyətini ölkədə siyasi motivli qərarlara son qoymağa çağırır.