Şengen Zonasını nə zaman tərk etməyi planlaşdırırsınız?
Bu, gələcəkdə Avropanın istənilən yerinə səyahət edəcəyiniz zaman sizi qarşılayacaq şəxs, daha doğrusu cihazdır. Gömrük rəsmisi əvəzinə sizə sualları Avatar verəcək. Lakin burada çox önəmli bir fərq var. Alimlər deyirlər ki, proqram, turistin həqiqət və ya yalan söylədiyini gömrükçülərdən daha yaxşı müəyyən edə bilir.
Kili Kroket, Kompüterləşdirilmiş Zəka mütəxəssisi: “Cihaz qeyri-verbal davranışdan istifadə edir. Çox diqqətlə icra edilən mikro hərəkətlər. Biz, gülümsəmək və ya qəzəb kimi reaksiyaları nəzərdə tutmuruq. O, çox kiçik hərəkətləri izləyir. Məsələn, gözün sola və ya sağa baxması.”
Bu texnologiyanı inkişaf etdirməyə yardım göstərmiş süni zəka mütəxəssisi Kili Kroket deyir ki, Avatar bir insanın üzündə eyni anda 38 xüsusiyyəti təhlil edə bilir. Bununla bərabər, insanın səsini, barmaq izlərini və əl damarlarını təhlil edir.
Gömrük nəzarəti Avropa ərazisində gərgin müzakirə edilən mövzulardan birinə çevrilib. Xüsusilə də Afrika və Yaxın Şərqdən on minlərlə miqrantın Avropaya gəlməyə çalışdığı bir zamanda.
Macarıstan 2015-ci ildə atışmalardan sonra Serbiya ilə sərhəddə kəsici simli çəpər quraşdırıb. Lakin yeni texnologiya gömrükçüləri əvəz etməyəcək.
Kili Kroket: “Bu cihaz avtomatlaşdırılmış qərarlar vermir. Cihaz sadəcə hər səyahət edən şəxs üçün risk balı müəyyən edir.”
Layihə Avropa İttifaqının Horizons 2020 təşəbbüsü tərəfindən maliyyəşir.