Accessibility links

Avropa İttifaqı 14 ölkəyə səyahət məhdudiyyətini aradan qaldırdı


Avropa İttifaqı 14 ölkədən gələn qonaqlar üçün COVID-19 ilə əlaqəli səyahət məhdudiyyətlərini ləğv edib, lakin bu siyahıda ABŞ səyahətçiləri yer almayıb.

Çərşənbə axşamı verilən açıqlamada Əlcəzair, Avstraliya, Kanada, Gürcüstan, Yaponiya, Monteneqro, Mərakeş, Yeni Zelandiya, Ruanda, Serbiya, Cənubi Koreya, Tayland, Tunis və Uruqvaydan olan insanlar 31 Avropa ölkəsinə girə biləcəklər.

Ancaq ABŞ, Braziliya və Hindistan da daxil olmaqla, COVID-19 yoluxmalarının çox olduğu ölkələrdən olan səyahətçilər bu dəfə də daxil ola bilməzlər.

Çin vətəndaşları orada olan Avropa vətəndaşlarına qoyulan məhdudiyyətləri ləğv etdiyi halda bloka girə biləcəklər. Siyahıdakı digər ölkələrin avropalılara edilən hər hansı bir səyahət qadağalarına son verəcəyi gözlənilir.

Hər iki həftədən bir COVID-19 yoluxmalarına görə ölkələr əlavə olunacaq və ya hətta siyahıdan çıxarılacaq. Lakin ABŞ-ın bir müddət yer ala bilməcəyi ehtimalı çoxdur.

Aİ-nin meyarlarına əsasən, son 14 gündə ölkələrin yeni yoluxma sayları orta səviyyəyə yaxın və ya altındadır və bu halların sayı sabitləşir və ya azalır.

Cons Hopkins Universitetinin məlumatlarına görə, ABŞ hazırda 2,7 milyon təsdiqlənmiş yoluxma halı və 130 000 ölüm hadisəsi ilə qlobal pandemiyanın mərkəzidir. Bu, növbəti ən pis təsirə məruz qalan ölkə olan Braziliyada ümumi yoluxmaların sayından iki dəfə çoxdur. ABŞ-da hər gün yeni halların sayı ştatların iyunda yenidən açılmasından sonra artıb.

XS
SM
MD
LG