Accessibility links

Avropa siyasətçiləri Rusiyaya qarşı yeni sanksiyalara çağırır


Avropanın bir sıra yüksək səviyyəli rəsmisi çərşənbə axşamı günü Rusiyaya qarşı Ukrayna ilə gərginliyin artmasına gətirib çıxaran son insidentdən sonra yeni sanksiyaların mümkünlyü məsələsini qaldırıb.

Rusiya rəsmiləri daha ciddi sanksiyaların problemi həll etməyəcəyini və insidentin Minsk prosesinə mane olması məqsədilə istifadə edilməməli olduğunu bildirib.

Mümkün yeni sanksiyaların Rusiya iqtisadiyyatını daha da güclü təzyiq altında qoya biləcəyi ilə bağlı narahatlıqlar mövcuddur.

Rusiya bazar günü Ukrayna gəmilərinə atəş açıb və onları ələ keçirib. İnsident Rusiyanın 2014-cü ildə işğal etdiyi Krım yaxınlığında baş verib. Moskva və Kiyev insidentlə bağlı bir-birini günahlandırıb.

Rusiya prezidenti Vladimir Putin Kremldə iclas zamanı, 27 noyabr, 2018.
Rusiya prezidenti Vladimir Putin Kremldə iclas zamanı, 27 noyabr, 2018.

Rusiya prezidenti Vladimir Putin Ukraynanın Qara dənizdə hərbi gəmilərin Rusiya tərəfindən ələ keçirilməsinin ardınca hərbi vəziyyət elan etməsindən sonra Kiyevə “düşünülməmiş hərəkətlər”ə yol verməməklə bağlı xəbərdarlıq edib.

Putin Almaniya kansleri Angel Merkellə telefon söhbəti zamanı hadisələrlə bağlı “ciddi narahatlığını” bildirib və Almaniyadan Ukrayna rəsmilərindən “bundan sonra düşünülməmiş hərəkətlərə yol verməmələrini” istəməsini xahiş edib.

Putin Merkelə deyib ki, Moskva hadisələrlə bağlı öz mövqeyini gücləndirmək üçün əlavə detalları təqdim etməyə hazırdır. Moskva Kiyevin böhranı qızışdırmaq üçün qəsdən provokasiyaya yol verdiyini bildirib.

Merkel bazar ertəsi Ukrayna prezidenti Petro Poroşenko ilə telefon söhbəti zamanı gərginliyin azaldılması və dialoqa çağırıb.

Ukrayna prezidenti Petro Poroşenko parlamentin sessiyasında çıxış edir, 26 noyabr, 2018.
Ukrayna prezidenti Petro Poroşenko parlamentin sessiyasında çıxış edir, 26 noyabr, 2018.

Ukrayna parlamenti bazar ertəsi günü ölkənin 27 bölgəsindən 10-da çərşənbə günündən başlayaraq hərbi vəziyyətin tətbiq edilməsinə səs verib.

Hərbi vəziyyət 30 gün müddətində tətbiq edilir.

Ukrayna öz gəmilərinin heç bir yanlışlığa yol vermədiyini və Qərbin Moskvaya qarşı yeni sanksiyalar tətbiq etmək istədiyini bildirib.

Rusiyanın su hövzəsinə daxil olduqlarına görə Moskva tərəfindən saxlanılan 24 Ukrayna dənizçisi Rusiyanın dövlət televiziyasında göstərilərək, əvvəlcədən planlaşdırılmış provokasiyada iştirak etdiklərini etiraf ediblər. Kiyev bunu təzyiq altında etiraf adlandıraraq qınayıb.

Krım məhkəməsi Ukraynanın yeddi dənizçisinin iki ay müddətinə saxlanması haqda qərar çıxarıb. Digər dənizçilər haqqında da çərşənbə axşamı və çərşənbə günü keçiriləcək məhkəmə dinləmələrində eyni qərar çıxarılacağı gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG