Accessibility links

Ukrayna və Rusiya liderləri birgə işləmək barədə razılığa gəlib [Yenilənib]


Fransa prezidenti idarəsi bildirir ki, Ukrayna və Rusiya liderləri Kiyev və Rusiya tərəfdarı separatçı qüvvələr arasında ikitərəfli atəşkəs istiqamətində birgə işləməyə razılıq verib. Kiyevin iyunun 20-də elan etdiyi təktərəfli atəşkəsin müddəti başa çatmaq üzrədir.

Bəyanatda deyilir ki, cənab Poroşenko və cənab Putin sərhədə nəzarəti gücləndirməyə və məhbusların azad edilməsini müzakirə etməyə razılıq verib.

Kreml isə bildirib ki, cənab Putin atəşkəsin uzadılmasının mühümlüyünü vurğulayıb. Rusiya prezidenti deyib ki, fəal rol oynayan ATƏT ilə atəşkəsin qorunmasına nəzarət üçün etibarlı mexanizm yaradılması çox vacibdir.

Bu arada Ukrayna, Rusiya, Fransa və Almaniya liderləri dünən yenidən Rusiyaya qarşı yeni sanksiyaları müzakirə ediblər.

Ukrayna prezidenti Petro Poroşenko bazar günü liderlər arasında baş verən iki saatlıq telofon danışığından sonra bildirib ki, iyunun 20-də elan olunan atəşkəsinin bu gün axşama qədər uzadılmasına qərar verilib.

Avropa Şurası Rusiyanın Ukraynadakı separatçılara təsir göstərmədiyi halda yeni sanksiyalar tətbiq edəcəyini bildirib.

Fransa prezidenti Fransua Ollandın ofisindən verilən xəbərə görə liderlər Rusiya prezidenti Vladimir Putinə bazar ertəsinə qədər nəticə əldə olunacağına ümid etdiklərini deyiblər.

XS
SM
MD
LG