Accessibility links

Cənub-Şərqi Avropada istilik dalğası və meşə yanğınları davam edir


Yunanıstanda yenidən baş qaldıran meşə yanğınları Afinanın şimalında evləri yandırır, cənubunda isə daha çox insan evakuasiya olunur və alovla gecə-gündüz mübarizə aparan yanğınsöndürənlər qədim kral sarayını və qədim Olimpiadanın doğulduğu yeri xilas etməyə çalışır.

Alovlar yaxınlaşdıqca dramatik bir səhnənin, yanğınsöndürmə dəstələrinin paytaxtdan 20 kilometr şimaldakı evlərdən sakinləri çıxarmaq üçün ev-ev gəzdiyinin şahidi olmaq olub. Rəsmilər yanğının ötürmə şəbəkəsinə ziyan vurmasından sonra paytaxtın bəzi hissələrində elektrikin kəsildiyini, 700-dən çox işçisi olan yanğınsöndürmə qruplarının gecə boyu çalışdığını bildirib.

Yunanıstan və Avropa İttifaqı rəsmiləri böyük yanğınları iqlim dəyişikliyinin nəticəsi olaraq xarakterizə edir.

Onilliklər boyu ən ağır isti hava şəraitindən qaynaqlanan alovlar bir zamanlar keçmiş Yunanıstanın kral ailəsinin yaşadığı Afina yaxınlığındakı Tatoyda yerləşən yaz sarayına və Yunanıstanın cənubundakı qədim Olimpiadanın doğulduğu böyük bir arxeoloji sahəyə yaxınlaşıb.

Cümə axşamı gecə rəsmilər hər iki tarixi abidənin təhlükədə olmadığını bildirib.

Yunanıstan ordusu və Avropa İttifaqı ölkələrindən əlavə dəstək gəlir. Su səpən təyyarələr və vertolyotlar paytaxt yaxınlığında, Yunanıstanın mərkəzində, Evia adasında və cənubda, qədim Olimpiya yaxınlığında alovların üstündən keçir.

Yeni 99 yanğının qeydə alındığı bildirilib. Qayıqlardan istidafə edilərək, dəniz kənarındakı düşərgə və Eviadakı otellər də daxil olmaqla, 50-dən çox kənd və qəsəbə boşaldılıb.

İkinci həftədir Cənub-Şərqi Avropanı bürüyən istilik dalğası Türkiyə və Albaniyada ölümcül yanğınlara səbəb olub və bütün bölgəni alovlara qərq edib.

Şimali Makedoniya hökuməti cümə axşamı meşə yanğınları səbəbindən növbəti 30 gün ərzində ölkədə böhran vəziyyəti elan edib.

Avropa İttifaqının ətraf mühit üzrə komissarı Virciniyus Sinkeviçus deyib ki, yay aylarında dünya boyu hava şəraitinin həddindən artıq isti keçməsi və baş verən yanğınlar iqlim dəyişikliyi ilə mübarizəyə ehtiyacın olduğuna işarədir.

"Biz onilliklər ərzində gördüyümüz ən dəhşətli meşə yanğınları ilə mübarizə aparırıq. Lakin bu yayın daşqınları, istilik dalğaları və meşə yanğınları normal hala çevrilə bilər. "Özümüzə sual verməliyik - Yaşamaq istədiyimiz dünya budurmu? Çox gec olmadan təbiət üçün təcili tədbirlər görməliyik" - deyə o, öz tvitter səhifəsində yazıb.

Avropa İttifaqına üzv dövlətlərin və tərəfdaşların Yunanıstana yardımı gücləndirilib. Kipr, Fransa, İsveç, Rumıniya və İsveçrədən yanğınsöndürənlər, su təyyarələri və vertolyotları göndərilib. Regionda yanğından zərər çəkmiş ölkələrə Hollandiyadan və digər üzv ölkələrdən də yardımlar gedir.

Yunanıstan Mülki Müdafiə Agentliyi bu həftənin əvvəlində müsbət 45 dərəcəyə çatan temperaturun cüzi dərəcədə enəcəyini, lakin ölkənin bəzi bölgələrində küləkli hava şəraitinin Yunanıstanın cənubunda yanğın təhlükəsinin daha da artacağını bildirib. İstilik dalğası Yunanıstanda 1987-ci ildən bəri ən ağır hal olaraq xarakterizə edilib.

Avropa İttifaqının Atmosferin Monitorinqi Xidməti bölgədəki meşə yanğınlarının səbəb olduğu tüstülərin peyk görüntülərində aydın şəkildə müşahidə edildiyini, Türkiyədəki meşə yanğınlarının təxmin edilən intensivliyinin 2003-cü ildən başlayaraq ən yüksək səviyyədə olduğunu bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG