Accessibility links

Avropa İttifaqı Azərbaycanda ədliyyə islahatlarına 15 milyon manat yardım ayıracaq


Avropa İttifaqı Azərbaycanda ədliyyə islahatlarına 15 milyon manat yardım ayıracaq
Avropa İttifaqı Azərbaycanda ədliyyə islahatlarına 15 milyon manat yardım ayıracaq

Yardım Ədliyyə Nazirliyinin regionlardakı təşkilati strukturunun təkmilləşdirilməsinə, Ədliyyə Akademiyasının inkişafına və penitensiar sistemdəki islahatlara sərf ediləcək.

Avropa İttifaqı Azərbaycanın Ədliyyə Nazirliyinə hüquqi islahatların dəstəklənməsi proqramı çərçivəsində 3,7 milyon manat həcmində vəsait ayırıb. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin məlumatına görə, bu məbləğ ümumilikdə 15 milyon manatlıq yardım paketinin ilk hissəsidir.
Yardım paketi Ədliyyə Nazirliyinin regionlardakı təşkilati strukturunun təkmilləşdirilməsinə, yeni Ədliyyə Akademiyasının inkişafına və penitensiar sistemdəki islahatlara sərf ediləcək.
Avropa İttifaqının Azərbaycandakı müvəqqəti işlər vəkili Jerom Pons bildirib ki, islahat proqramı Avropa İttifaqı ilə Azərbaycanın münasibətləri baxımından mühüm mərhələdir. “Bu Avropanın qanunun aliliyi və hüquqa verdiyi önəmi əks etdirir”.

XS
SM
MD
LG