Accessibility links

Avropa İttifaqı Azərbaycanda QHT və insan hüquqları ilə bağlı seminar keçirir


Avropa İttifaqı Azərbaycanda QHT və insan hüquqları ilə bağlı seminar keçirir
Avropa İttifaqı Azərbaycanda QHT və insan hüquqları ilə bağlı seminar keçirir

İkigünlük seminarda birləşmək hüququ standartları, Avropa İttifaqında QHT-lər üçün hüquqi və institusional mühit, QHT-lərin potensialının gücləndirilməsi, Avropa İttifaqında QHT-lər və hökumət arasında insan hüquqları üzrə dialoq məsələləri müzakirə edilir. Rəsmi Bakı Avropa İttifaqı ilə ciddi əməkdaşlıq etdiyini bəyan edib.

Bakıda Avropa İttifaqının Azərbaycan nümayəndəliyi və Azərbaycan Qeyri-Hökumət Təşkilatları Forumunun təşkilatçılığı ilə “Azərbaycan QHT-ləri üçün iş mühiti” mövzusunda Azərbaycan İnsan Hüquqları üzrə Vətəndaş Cəmiyyəti seminarı işə başlayıb. İkigünlük seminarda birləşmək hüququ standartları, Avropa İttifaqında QHT-lər üçün hüquqi və institusional mühit, QHT-lərin potensialının gücləndirilməsi, Avropa İttifaqında QHT-lər və hökumət arasında insan hüquqları üzrə dialoq məsələləri müzakirə edilir. Rəsmi Bakı Avropa İttifaqı ilə ciddi əməkdaşlıq etdiyini bəyan edib. “Azərbaycan vətəndaş cəmiyyəti beynəlxalq aləmdə aktyora çevrilməkdədir. Azərbaycan Avropa İttifaqı ilə QHT sektoru və insan hüquqları sahəsində ciddi işləmək niyyətindədir. Artıq Azərbaycanla Avropa İttifaqı arasındakı danışıqlar çərçivəsində insan hüquqları üzrə alt komitə yaradılıb. Biz Avropa İttifaqının təcrübəsinin öyrənilməsini vacib hesab edirik. Bu səbəbdən təmasların artırılması və təcrübə mübadiləsinin genişləndirilməsi vacibdir”, - Azərbaycan Xarici İşlər Nazirliyinin insan hüquqları departamentinin direktoru Əlimirzamin Əsgərov qeyd edib. Seminarda Avropa İttifaqının insan hüquqları və QHT-lər sahəsində Cənubi Qafqaz regionunda davamlı iş apardığı deyilib. Avropa İttifaqı bu mövzuda 2009-cu ildə Gürcüstanda, 2010-cu ildə Ermənistanda və indi isə Azərbaycanda konfranslar keçirir. “Avropa İttifaqı üçün Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının inkişafı çox vacibdir. Ümid edirik ki, bu günki seminarda QHT-lər vətəndaş cəmiyyətinin inkişafı perspektivləri ilə bağlı təkliflərini irəli sürəcək”, - Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasi, iqtisadi, mətbuat və informasiya şöbəsinin müdiri Cerom Pons qeyd edib. Forumda həmçinin QHT-lər və insan haqları sahəsində beynəlxalq standartların tətbiqi də diqqət mərkəzində olub. Çıxışlarda Azərbaycanın QHT-lərin azad fəaliyyəti və insan haqları sahəsində öhdəlikləri yada salınıb. “Əsas hüquq və azadlıqlarla bağlı öhdəliklər götürmək kifayət etmir. Həmin öhdəliklərin icrası vacibdir. Məsələn, toplaşmaq azadlığı ilə bağlı BMT İnsan Haqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlarla bağlı Beynəlxalq Pakt və Beynəlxalq Əmək Təşkilatının nizamnaməsində öhdəliklər var. İmza atıb öhdəlik götürmək bir məsələdir, onun icrası tamamilə başqa məsələdir. Bir sıra ölkələrdə hətta QHT-lərə qarşı vergi yoxlamaları tətbiq edilir, qanunsuz məhkəmə qərarları ilə hüquqları tapdanır və ya təsir altına salınır. Əslində isə QHT-lər dövlətin işində iştirak etməlidir. Eyni zamanda, toplaşmaq azadlığının icrası da bəs etmir. Söz və mətbuat azadlığı da lazımdır”, - İsveçdən olan hüquq üzrə professor Sandgren Klaes vurğulayıb.

XS
SM
MD
LG