Accessibility links

Avropa İttifaqı Azərbaycanın alternativ və bərpa edilən enerji siyasətini alqışlayır


Avropa İttifaqı Azərbaycanın alternativ və bərpa edilən enerji siyasətini alqışlayır
Avropa İttifaqı Azərbaycanın alternativ və bərpa edilən enerji siyasətini alqışlayır

Neft və qazdan savayı, Azərbaycan günəş, külək, su, geotermal və biokütlə enerjisi kimi böyük yaşıl enerji potensialına malikdir.

Avropa İttifaqının Azərbaycan nümayəndəliyi 2012-2020-ci illər üçün Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyasının hazırlanması haqqında prezident İlham Əliyevin imzaladığı son sərəncamı alqışlayır.
"Neft və qazdan savayı, Azərbaycan günəş, külək, su, geotermal və biokütlə enerjisi kimi böyük yaşıl enerji potensialına malikdir. Prezident İlham Əliyevin təlimat verdiyi kimi müvafiq qanunvericilik bazasının tezliklə hazırlanması bu, yaranan sektorun inkişafına təkan verəcək, Azərbaycan iqtisadiyyatına fayda gətirəcək, iqlim dəyişikliyi ilə mübarizə sahəsində qlobal məqsədlərin əldə olunmasına töhfə edəcəkdir”, - Avropa İttifaqının nümayəndəliyinin rəhbəri Roland Kobia bildirib.
Onun fikrincə, əlverişli çərçivə beynəlxalq və Avropa standartlarına uyğun olaraq potensial sərmayəçilər üçün də imkanları genişləndirəcək. “Avropa İttifaqındakı şirkətlər bərpa edilən enerji sahəsində dünya liderləridir. Onlar bu sahədəki texnologiyaları və təcrübələri ilə bölüşməyə hazırdır. Büdcəyə yardımın göstərilməsi ilə Azərbaycanla Avropa İttifaqı arasında bərpa edilən enerji sahəsində artıq mövcud olan əməkdaşlıq sərəncamın imzalanması ilə güclənir. Ümid edirik ki, enerjidən səmərəli istifadə kimi daha az əhəmiyyətə malik olmayan sahə üçün də eyni təşəbbüsü görəcəyik", - deyə o qeyd edib.
Avropa İttifaqı bildirir ki, Azərbaycanda alternativ və bərpa olunan enerji sektorunun təşviqi üçün optimal şərtlər yaratmaq məqsədilə həqiqətən davamlı enerji sistemi formalaşdırmaq və hüquqi baza qurmaq kimi iddialarının ən yüksək beynəlxalq standartlara uyğun olaraq həyata keçiriləcəyi gözlənilir.
Planlaşdırılan strategiya ikitərəfli Enerji İslahatlarına Dəstək Proqramı çərçivəsində Azərbaycanın əldə etdiyi nailiyyətləri tamamlayır. Aİ-nın maliyyələşdirdiyi Enerji İslahatlarına Büdcə Yardımı proqramı Azərbaycanda bərpa olunan enerji mənbələri və enerjidən səmərəli istifadənin qanunvericilik və normativ bazasının hazırlanmasında Sənaye və Energetika Nazirliyinə yardım edir. Bu Proqram çərçivəsində 14 milyon AVRO ayrılıb; ilk müəyyənləşdirilmiş tranş 2010-cu ildə, ikinci tranş isə 2011-ci ilin dekabr ayında köçürülüb.

XS
SM
MD
LG