Accessibility links

Avropa İttifaqı Benqazidə diplomatik idarə açdı


Avropa İttifaqı Benqazidə diplomatik idarə açdı
Avropa İttifaqı Benqazidə diplomatik idarə açdı

Avropa İttifaqı Liviyanın şərqindəki üsyançı istehkamı olan Benqazidə diplomatik idarə açıb. İttifaq həmçinin Müəmmər Qəzzafidən azad demokratik Liviyanı dəstəkləyəcəyini bəyan edib.

İttifaqın yüksək rütbəli diplomatı Catherine Ashton Benqazinin Tibesti otelində idarənin açılış mərasimində iştirak edib. O, deyib ki, Avropa İttifaqının məramı Liviya xalqını indi və gələcəkdə dəstəkləməkdir.

Bu idarənin açılışı 27 üzvlük alyansla Liviya üsyançıları arasında əlaqələri möhkəmləndirir və onların beynəlxalq səviyyədə tanınmasına böyük töhfə vermiş olur. İndiyədək Fransa, İtaliya və başqa dövlətlər üsyançıları Liviyanın rəsmi hökuməti qismində tanıyıblar. ABŞ üsyançılarla danışıqlar aparmaq üçün Benqaziyə diplomatik missiya göndərib.

XS
SM
MD
LG