Accessibility links

Avropa turistləri və sakinləri anomal istilərlə üzləşib [Video]


Avropa turistləri və sakinləri anomal istilərlə üzləşib
please wait

No media source currently available

0:00 0:02:19 0:00

Avropa turistləri və sakinləri anomal istilərlə üzləşib

Həm avropa sakinləri, həm də turistlər bu günə qədər yay üçün qeyri-adi istilərin olduğunu bildirirlər. Lakin bu istilərdən hamı narazı deyil, alman şərabçıları bu il istinin nəticəsi olaraq görünməmiş məhsul gözləyirlər. Onlar həmişəkindən iki həftə tez məhsul yığmağa hazırlaşırlar. Bütün Avropa üzrə insanlar sərinləşmənin yollarını axtarırlar. Buraya Çexiyada yerləşən zoopark da daxildir. Onlar bəzi heyvanları istilərdən qorunmaq üçün addımlar atırlar.

Bu həftə Paris sakinləri və turistlər temperaturun təqribən 40 dərəcəyə çatdığı dəhşətli istilərdə qarşılaşıb. Fəvvarələr sərinləmək üçün yeganə çıxış yoludur.

Britaniyalı turist Sara Koul söyləyir ki, onlar bu cür istilərə öyrəşməyiblər, lakin Trokadero dincəlib, sərinlənib, yenidən harasa getmək üçün gözəl bir yerdir.

İtayadan turist olan Lorenzo Qesteri bildirir ki, bu istilər çətindir, lakin şəhər gözəl olaraq qalır, hava isti olsa belə, onlar sadəcə burada olduqları üçün çox xöşbəxtdirlər.

Temperatur artmağa davam etdiyindən Portuqaliya və İspaniyada da havalar çox istidir.

Sərinlənmək üçün Portuqaliya paytaxtı Lissabonun kənarında yerləşən Amora şəhərinin sakinləri çimərliyə üz tuturlar.

Portuqaliya sakini olan David Neves deyir ki, havanın temperaturu çox yüksəkdir, lakin onlar buraya, çimərliyə gələrək sərinlənirlər. Su sərindir və bu cür isti havalarda əladır.

Portuqaliya sakini olan Ana Silva: "Düzdür indi yaydır, amma çox istidir, nəfəs almaq belə olmur", deyir.

Çexiyada Praqa zooparkının bu həftə qorillaların menyusunda sərinləşdirici dəyişikliklər edilib.Onlara xüsusi dondurmalar – buz parçalarının içərisində meyvə hissələri verilib.

Praqa zooparkının işçisi Vit Lukas deyir ki, onlar xüsusi “dondurmalar” hazırlayıblar, meyvəni su olan qablara yerləşdirib, içərisinə ip qoyub, dondurublar və sonra asıblar.

Lakin bu cür isti havalar alman şərabçılarının işinə yaradı. Onlar məhsulu tez və iki qat əldə etməklə yanaşı, həm də yüksək gəlir əldə etmək niyyətindədirlər.

Şərab istehsalçısı olan Matias Volf bildirir ki, bu il onlar artıq avqust ayının əvvəlində məhsul yığırlar. “Federvisser” olan cavan şərab növü bu həftə artıq satışa çıxacaq. O bildirir ki, bu olduqca gözəldi və bazar bunu gözləyir.

Lakin şərabçılara təbəssüm və sevinc bəxş edən hava ölkənin meşələrinə təhlükə yarada bilər. Meşə gözətçiləri bildirir ki, isti havalar və quraqlıq meşə bitkilərinin 30 faizinə zərərdir, bu isə meşə yanğınları riskini artırır.

XS
SM
MD
LG