Accessibility links

Avropa İttifaqı gənclər arasında işsizlik böhranını aradan qaldırmağa çalışır [Video]


Avropa ittifaqı gənclər arasında işsizlik böhranını aradan qaldırmağa çalışır
please wait

No media source currently available

0:00 0:02:56 0:00

Qurum milyardlarla dollarlıq vəsait planı barədə razılıq əldə edib

İspaniya və Yunanıstanda 25 yaşdan aşağı gənclər arasında işsizlik 50 faizə çatıb. Portuqaliyada iş axtaranlar hər gün vaxtikən ölkələrinin müstəmləkəsi olmuş Anqola və Braziliya səfirlikləri önündə iş fürsətləri üçün növbəyə dayanırlar.

Avropa İslahat Mərkəzindən Con Sprinqford vəziyyətin pis olduğunu deyir.

“İnsanlar uzun zaman işsiz qaldıqda onlar qabiliyətlərini, təşəbbüskarlıqlarını itirə bilərlər. Həmçinin narkotik və alkoqola qurşanma onların yenidən işə götürülməsini çətinləşdirir.”

Afropa İttifaqının Brusseldəki toplantısında gələcək iki ildə gənclər arasında işsizliyi azaltmaq üçün 7.8 milyard dollar vəsait planında razılıq əldə edilib.

“Biz islahatların vaxt apardığını və nəticənin dərhal hiss edilmədiyini bilirik. Beləliklə biz diqqətimizi birbaşa təsir göstərə biləcək fəaliyətlərə yönəldirik və işsizliklə mübarizə aparırıq”- deyə Avropa Şurasının prezidenti Herman Van Rompuy deyib.

Avropada təxminın 5.6 miliyon işsiz gənc var. Bu vəsait kifayət qədər deyil, deyə iqtisadçı Con Sprinqford bildirir.

“Hesablarımıza əsasən hardasa adambaşına 1,300 dollar düşür. Və biz bilirik ki, əgər işsizlik faizi yüksəkdirsə çox vaxt gənc işsizlik səviyyəsi daha da yüksək olacaq. Bu kimi problemlər mikro deyil, makro-iqtisadi səviyyədə çözülməlidir.”

Avropa Komissarları bu həftəni ittifaq üçün uğurlu adlandırıb. Onlar 1.25 trilyon dollar olan yeddi illik büdcəni təsdiqləyərək üzv ölkələr arasında mübahisəyə son qoyublar.
Xorvatiya iyulun 1-dən Avropa İttifaqına daxil olub. Liderlər gələn ilin yanvarınadək Serbiyanın üzvlük prosesinin danışıqlarına başlanmasında razılaşıblar. Avropa Komissiyasının prezidenti razılığı alqışlayıb.

“Bu tarixi addımdir, gəlin uzun muddət bundan əvvəl Avropanın bu hissəsində baş vermiş şiddətli müharibəni unutmayaq. Və biz indi Serbiya ilə müzakirələrə başlayacağıq.”

London İqtisadiyyat Məktəbindən Ceym Ker-Lindsey deyir ki, müzakirə prosesinin baş tutmasının səbəbi Serbiya hökümətinin danışıqlara hazır olmasıdır.

“Yeni hökümət bərqərar olduqdan sonra böyük dəyişiklər baş verib. İnsanlar isə vəziyyətin pisləşəcəyini düşündülər. Əslində böyük addımlar atıldı. Əsasən də Kosovo ilə əlaqələrdə. Kosovo 2008-ci ildə müstəqilliyini elan etdikdən sonra bu mövzu çox həssas idi.”

Latvia rəsmi olaraq 2014-cü il yanvarın 1-dən Avropa İttifaqına daxil olmasına hüquq qazanaraq avro valyutadan istifadə edəcək 18-ci ölkə olacaq.
XS
SM
MD
LG