Accessibility links

Avropa Şurası və Avropa İttifaqı blogerlərin həbsdən azad edilməsini müsbət qarşılayır


Avropa Şurası və Avropa İttifaqı blogerlərin həbsdən azad edilməsini müsbət qarşılayır
Avropa Şurası və Avropa İttifaqı blogerlərin həbsdən azad edilməsini müsbət qarşılayır

Avropa Şurası və Avropa İttifaqı Azərbaycana demokratiya və insan hüquqları sahəsində öhdəliklərini yerinə yetirməkdə kömək etməyə hazırdır

Avropa Şurasının baş katibi və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi blogerlər Emin Milli və Adnan Hacızadənin həbsdən azad edilməsini alqışlayıb.

Avropa Şurasının baş katibi Tyornborq Yanqlandın bəyanatında deyilir: “Mən, bloger və gənc fəal Emin Millinin (Abdullayev) həbsxanadan buraxılmasından məmnunam. Adnan Hacızadənin azadlığa buraxılmasından dərhal sonra Eminin azadlığa buraxılması İnsan Haqları haqqında Avropa Konvensiyası tərəfindən müdafiə olunan əsas hüquqlardan biri olan söz azadlığının Azərbaycanda təmin olunmasında maraqlı olan hər kəs tərəfindən alqışlanır. Azərbaycan hökuməti Avropa İnsan Haqları Məhkəməsinin qərarına uyğun olaraq Eynulla Fətullayevi də azad etsəydi, bu müsbət proseslər daha da böyük əhəmiyyət kəsb edərdi”, - deyə baş katib qeyd edir.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eştonun bəyanatında isə deyilir ki, blogerlər Adnan Hacızadənin və Emin Millinin həbsdən çıxmasını alqışlayır. “Avropa İttifaqı Azərbaycanın beynəlxalq ictimaiyyət qarşısındakı öhdəliklərini, xüsusilə demokratiya, insan hüquqlarına hörmətlə yanaşma, ifadə azadlığı və qanunun aliliyi sahələrində öhdəliklərini yerinə yetirməsində ölkəyə yardım göstərməyə sadiq qalır”- deyə sənəddə qeyd edilir.

Dünən isə, Bakıda Avropa İttifaqının Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Piter Semnebi və onun köməkçisi Yeva Kupka blogerlərlə və onların valideynləri ilə görüşüb.

XS
SM
MD
LG