Accessibility links

Azərbaycan-Avropa əlaqələri müzakirə edilir


Avropa İttifaqı və Azərbaycanın bayraqları
Avropa İttifaqı və Azərbaycanın bayraqları

Azərbaycan-Avropa əlaqələrinə həsr edilmiş “Körpülərin nizamlanması” mövzusunda konfrans keçirilir

Bakıda Azərbaycan-Avropa əlaqələrinə həsr edilmiş “Körpülərin nizamlanması” ikigünlük beynəlxalq konfransı açılıb.
Konfransın təşkilatçıları Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Avropa Məsələləri üzrə Almaniya İnstitutudur (İNEA).

Konfransın ilk günündə iki panel üzrə iclas olacaq: “Avropa yolunda əməkdaşlıq” və “Azərbaycanla Avropa arasında iqtisadi əlaqələr”. Tədbirin ikinci günü də iki panel planlaşdırılıb: “Sərhədsiz idman” və “Tədqiqat və təhsil”.

Konfransın işində məşhur xarici dövlət və siyasi xadimlər, ekspertlər, Azərbaycan Prezident Administrasiyasının, hökumətin, parlament və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.

Bu konfransın keçirilməsi Aİ-Azərbaycan münasibətlərinin intensivləşdiyini göstərir. Bu, özünü xüsusən 2011-ci ilin sentyabrında Aİ Şərq Tərəfdaşlığı ölkələrinin Varşava sammitində göstərib. Orada altı postsovet ölkənin, o cümlədən Azərbaycanın Aİ-yə assosiativ üzvlüyü haqqında danışıqların başlanması məsələsi qaldırılıb.

Azərbaycanla Avropa İttifaqı arasında qarşılıqlı münasibətlərin təməlini Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Saziş təşkil edir. Bu sənəd 22 aprel 1996-cı ildə Lüksemburqda imzalanıb və 1 iyul 1999-cu ildə qüvvəyə minib.

2004-cü ilin iyununda Azərbaycan Avropa Qonşuluq siyasətinə, 2008-ci ilin mayında Şərq Tərəfdaşlığı Siyasətinə (ŞTS) qoşulub.
Hazırda Aİ və Azərbaycan ŞTS çərçivəsində beş istiqamət üzrə əməkdaşlıq edir: 1) ümumi dialoq və islahatlar, 2) ədalət məhkəməsi, azadlıq və təhlükəsizlik sahəsində əməkdaşlıq, 3) iqtisadi və sosial islahatlar, yoxsulluğun azaldılması və davamlı inkişaf, 4) nəqliyyat, energetika və ekologiya da daxil spesifik sahələrdə əməkdaşlıq, 5) adamlar arasında təlim və təhsil, səhiyyədə islahatlar, mədəni əməkdaşlıq üzrə birbaşa təmasların həyata keçirilməsi.

Bu günlərdə Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Rolan Kobia Aİ ilə Bakı arasında viza rejiminin sadələşdirilməsi barədə danışıqların uğurla keçdiyini bildirib.

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev danışıqların gedişini jurnalistlərə şərh edərkən deyib ki, viza prosesinin və readmissiyanın (qeyri-leqal miqrantların qayıdışı) sadələşdirilməsi üzrə danışıqlar aparılır.

“Biz istəyirik ki, sadələşdirilmiş viza rejimi daha geniş vətəndaş kateqoriyasına şamil edilsin. Söhbət ən azı 10-12 qrupdan, o cümlədən tələbələr, biznesmenlər, müalicəyə gedən vətəndaşlardan və digərlərindən gedir”, - nazir müavini qeyd edib.

O ümidvar olduğunu bildirib ki, gələn il tərəflər nəticəyə nail ola biləcək. M.Məmmədquliyev qeyd edib ki, noyabrda Bakıda Aİ ilə assosiativ saziş üzrə danışıqların üçüncü raundu olacaq.

Qeyd edək ki, viza rejiminin sadələşdirilməsi, assosiativ sazişin və azad ticarət haqqında sazişin imzalanması və Aİ-nin “Şərq tərəfdaşlığı” proqramının əsas komponenti sayılır. Azad ticarət haqqında sazişin imzalanması tərəfdaş ölkələrin ÜTT daxil olması ilə əlaqələndirilir. Lakin, prezident İlham Əliyevin Azərbaycandakı səfirlərlə keçirdiyi müşavirədəki son bəyanatından belə görünür ki Bakı ÜTT-ya tələsmir.

Viza rejiminin sadələşdirilməsinə gəlincə, Bakıdakı qeyri-rəsmi mənbələrin məlumatına görə, Aİ ilə simmetrik şərtlərə nail olunur.

Gürcüstan, Moldova, Ukrayna, hətta Rusiya sadələşdirilmiş rejimə dair razılıq əldə ediblər və bu ölkələrin vətəndaşları sadələşdirilmiş rejimdə viza alırlar

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG