Accessibility links

Təbii və insan fəaliyyəti nəticəsində meydana gələn fəlakətlər


Zəlzələlərin, daşqınların, torpaq sürüşmələrinin nəticələri necə aradan qaldırılmalıdır? Fəlakət nəticələrinin aradan qaldırılması zaman yerli qurumlar reaksiya təsirini artırmaq üçün beynəlxalq tərəfdaşlar ilə danışıqları hansı müstəvidə qurur?

Avropa İttifaqının Bakı ofisinin məlumatına görə, son iki gün ərzində, Bakı şəhərində təbii hadisələr nəticəsində Azərbaycan ərazisində baş verən və hökuməti beynəlxalq yardım üçün müraciət etmək məcburiyyəti qarşısında qoyan ciddi fəlakətin təsvir olunduğu ssenari üzərində qurulmuş modelləşdirmə təlimi keçirilib. Beynəlxalq yardımın göndərilməsi üçün edilən müraciətə cavab olaraq Avropa Birliyi Mülki Müdafiə Mexnizminin İştirakçı Ölkələrindən göndərilmiş xilasetmə qruplarının ölkəyə gəlişi stimulyasiya edilib: yerli qurumlar onların ölkəyə qəbul edilməsi və yerləşdirilməsinə, habelə xaricdən gələn yardımların nəqli ilə bağlı beynəlxalq qrupların tələbini yerinə yetirməlidir.

Təlim AB tərəfindən maliyyələşdirilən Şərq Tərəfdaşlığı Ölkələrində Təbii və İnsan Fəaliyyəti nəticəsində meydana gələn Fəlakətlərə qarşı Profilaktika, Hazırlıq və Reaksiya Proqramının (PPRD East 2 Proqramı) tərkib hissəsi kimi həyata keçirilib.

24-25 fevralda Bakı şəhərində ADA Universitetində keçirilən tədbirdə AB Azərbaycan Nümayəndəliyinin rəhbəri Malena Mard və Azərbaycan fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə iştirak edib.

Təlimdə həmçinin Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin, habelə digər hökümət və qeyri-hökumət təşkilatlarının ekspertləri iştirak edib.

Təlimdə beynəlxalq yardım qruplarının qəbul edilməsi və yerləşdirilməsi istiqamətində Azərbaycan tərəfindən görülən tədbirlərin effektivliyi sınaqdan keçirilib – Qəbul edən Ölkələrin Dəstəyi Konsepsiyası və zərurət yarandıqda, Avropa Birliyi tərəfindən göndərilən beynəlxalq yardımların effektiv və səmərəli şəkildə qəbul edilməsi məqsədilə təkmilləşdirmənin aparılması zəruri olan sahələr müəyyən edilib.

Danışıqlar prosesinin və koordinasiya iclaslarının modelləşdirilməsi nəticəsində iştirakçılar müxtəlif növ suallar ilə qarşılaşıb (məsələn, sərhədin keçilməsinə yardım, gömrük rəsmiləşdirilməsi, düşərgələrin yaradılması üçün ərazinin ayrılması, yanacaq təchizatı, fəlakət zonasına səfər zamanı qrupların müşayiət olunması və təhlükəsizlik). Bunlarla yanaşı, təlimin məqsədi AB Qəbul edən Ölkələrin Dəstəyi (QÖD) Təlimatlarına uyğun olaraq mülki müdafiə yardımı üçün müraciət edilməsi istiqamətində qurumlararası və nazirliklərarası əməkdaşlığın gücləndirilməsindən ibarət olub.

*PPRD East 2 Proqramının əsas məqsədi Şərq Tərəfdaşlığı Ölkələrində sülhə, sabitliyə, təhlükəsizliyə və tərəqqiyə töhfə vermək və bu ölkələrin təbii və insan fəaliyyəti nəticəsində meydana gələn fəlakətlərə qarşı profilaktikasının, hazırlığının və reaksiyasının gücləndirilməsi yolu ilə regionda ətraf mühiti, əhalini, mədəni irs nümunələrini, sərvətləri və infrastrukturu mühafizə etməkdən ibarətdir.

PPRD East 2 Proqramının məqsədləri Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Moldova və Ukraynada milli səviyyədə fəlakət risklərinin idarə olunması potensialının gücləndirilməsini, Tərəfdaş Ölkələr arasında regional əməkdaşlığın gücləndirilməsini və bu ölkələrin Avropa Birliyi Mülki Müdafiə Mexanizminə yaxınlaşdırılmasını əhatə edir.

Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. 5,5 milyin avro dəyərində olan layihənin icrasına 2014-cü il dekabrın 4-də başlanıb və2018-ci ilin noyabrınadək davam edəcək.

XS
SM
MD
LG