Accessibility links

Avropa Məhkəməsi jurnalistlə bağlı qərarını elan edəcək


İyunun 18-də Avropa Məhkəməsi keçmiş Media Hüququ İnstitutunun müdafiə etdiyi daha bir jurnalistin işi üzrə qərarını elan edəcək. Bu barədə Media Hüququ İnstitutunun keçmiş rəhbəri Rəşid Hacılı Facebook səhifəsində yazıb.

“Həkimeldostu Mehdiyev 2008-ci ildə Naxçıvanın Şərur rayonunda qanunsuz həbs edilib, Naxçıvan MTN-nin yerli şöbəsində işgəncəyə məruz qalıb. Sabahı gün o azad edilib, sonra jurnalistin bu haqda məlumat yaydığını görüb yenidən polisə müqavimət ittihamı əsasında məhkəmə qərarı ilə həbsxanaya salıblar. Həbsxanada da ona xeyli işgəncə veriblər. Onu əlləri arxadan qandallanmış həbsxananın həyətində səhərədək saxlayıblar. Sonra yenə döyüblər. Ən acınacaqlısı odur ki, nə Naxçıvanda, nə də Bakıda heç bir qurum jurnalistin şikayətinə baxmayıb. Məhkəmələr də şikayətə baxmayıb və müraciətlərə cavab verməyib”, Hacılı bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bayden ABŞ-ın Avropadakı hərbi mövcudluğunu gücləndirəcəyini deyib
please wait

No media source currently available

0:00 0:11:23 0:00
XS
SM
MD
LG