Accessibility links

Azərbaycan Avropa Oyunlarında 291 atletlə təmsil olunacaq


Azərbaycan idmançılarına dəstək tədbiri
Azərbaycan idmançılarına dəstək tədbiri

Azərbaycanı “Bakı-2015”də 291 atlet təmsil edəcək. Azərbaycanın nümayəndə heyəti isə ümumilikdə 441 nəfərdən ibarətdir və onun 150-si rəsmi şəxslərdir. Bu barədə “Bakı-2015” birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarına dəstək tədbirində milli komandanın rəhbəri Könül Nurullayeva bildirib.

Onun sözlərinə görə, Azərbaycan Rusiya kollektivindən sonra ən böyük heyətlə təmsil olunan ikinci kollektivdir.

“İyunun 8-də komandamız digər ölkələrdən olan idmançılar kimi Atletlər kəndində məskunlaşacaq. Kanoe və kayak yarışlarında mübarizə aparacaq idmançılarımız isə Mingəçevirdəki Atletlər kəndində yerləşəcəklər. İyunun 11-də isə Atletlər kəndində Azərbaycan komandasını salamlama mərasimi təşkil olunacaq. Ümid edirəm ki, atletlərimiz birinci Avropa Oyunlarında uğurla çıxış edib xalqımızı sevindirəcəklər”, o qeyd edib.

Gənclər və idman naziri Azad Rəhimov deyib ki,Azərbaycan idmançıları mötəbər yarışa ciddi hazırlaşıb və əsas mükafatlar uğrunda mübarizə aparacaq.

“Bakı-2015” idmançılar üçün yeni imkanlar açacaq və nailiyyət qazanmalarına töhfə verəcək”, nazir qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG