Accessibility links

Ramil Səfərovun məsələsi AŞPA-nın sessiyasının gündəliyinə daxil edilib


Avropa Şurası Parlament Assambleyası
Avropa Şurası Parlament Assambleyası

Sessiyada Rusiyanın öz vəzifə və öhdəliklərini yerinə yetirməsi, Suriyada humanitar böhran, “siyasi məhbus” termininin təyini də müzakirə ediləcək

Strasburqda AŞPA-nın payız sessiyası açılıb. Gündəlikdə Rusiyanın öz vəzifə və öhdəliklərini yerinə yetirməsi, Suriyada humanitar böhran, “siyasi məhbus” termininin təyini və digər məsələlər var.

Assambleya üzvləri Avropada təhsil sahəsində seçki azadlığı hüququ, insan haqları və xarici siyasət barədə debatlar keçirəcək.

Sessiya zamanı həmçinin “Daha demokratik seçkilər uğrunda” və “Siyasi partiyalarda gender bərabərliyi üzrə qabaqcıl praktika haqqında” mövzularda ümumi diskussiyalar keçiriləcək. Azərbaycan ordusunun əfv edilmiş zabiti “Ramil Səfərovun işi üzrə” məsələ də gündəlıkdədir.

Oktyabrın 3-də AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasser çıxış edəcək. Onun məruzəsi “siyasi məhbuslar” termininin təyininə həsr olunub. Məruzədə Azərbaycandakı hadisə və faktlara da mühüm yer veriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG