Accessibility links

Avropa Şurası Nazirlər Komitəsinin sədri regiona səfər edəcək


Belçika xarici işlər naziri və Avropa Şurası Nazirlər Komitəsinin sədri Didye Reynders gələn həftə Azərbaycan və Ermənistana səfər edəcək. Bu barədə D.Reynders aprelin 22-də Strasburqda Belçikanın AŞ Nazirlər Komitəsinə sədrliyə başlaması ilə əlaqədar bildirib.

Səfərin məqsədlərindən danışan D.Reynders deyib ki, insan hüquqları məsələsi diqqət mərkəzində olacaq.

“Söhbət Krım, Donbas, Dnestryanı, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ kimi bölgələrdə insan hüquqlarınn monitorinqinin mexanizmindən gedir”, o vurğulayıb.

“Mən Ermənistan və Azərbaycana səfər edəcəm, əsas missiyam bu ölkələrin Avropa Şurası ilə əməkdaşlığını möhkəmləndirməkdir.

Həmçinin cəbhə xəttində baş verən son insidentlərlə bağlı narahatlığımı bildirmək istəyirəm. Xatırladım ki, bu münaqişənin hərbi yolla həlli yoxdur. ATƏT-in Minsk Qrupu vasitəsilə dialoq lazımdır”, D.Reynders qeyd edib və AŞ-nin nizamlanmada iştirakının mümkünlüyünə toxunub.

Azərbaycandan olan deputatın qaçqınlar və məcburi köçkünlərlə bağlı sualının cavabında D.Reynders deyib ki, onlarla ünsiyyətdə olmaq, problemlərini bilmək, hər şeyi öz gözləri ilə görmək və Avropa Şurasının necə yardımçı olacağı barədə düşünmək istərdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG