Accessibility links

Avropada E. Coli vahiməsi baş qaldırıb


Avropada E. Coli vahiməsi baş qaldırıb
Avropada E. Coli vahiməsi baş qaldırıb

Almaniya rəsmiləri qaynağı sirr olan bakteriya səbəbindən ölənlərin sayının artdığını bildirir. Ölkənin Xəstəliklərə Nəzarət Mərkəzinin bugünkü məlumatında deyilir ki, ərzaqda aşkar olunan bakteriyadan xəstələnənlərin sayı dünənədək 373 idisə, dünəndən bəri 470 nəfərə çatıb. Bağırsaq bakteriyası səbəbindən 15 nəfərin Almaniyada, bir nəfərin isə İsveçdə öldüyü bildirilir. Almaniyanın kənd təsərrüfatı naziri İlse Eqner deyib ki, alimlər bakteriyanın səbəblərinin dayanmadan araşdırsalar da, hələllik heç bir nəticə əldə edilməyib. Artıq bir neçə gündür yayılan infeksiyaya görə hansı ölkənin məsuliyyət daşıdığı məlum olmasa da, bu bakteriyanın xiyar, pomidor və ya kahı kimi tərəvəzlərdə ola biləcəyi güman edilir. Nazir vətəndaşlara bu tərəvəzləri müvəqqəti olaraq yeməməyi tövsiyə edib.

XS
SM
MD
LG