Accessibility links

Araşdırma: Avropada hava ilə əlaqəli ölümlərin sayı 50 dəfə artacaq


Yeni araşdırma onu göstərir ki, əsrin sonunadək, Avropada qlobal istiləşmənin nəticəsində kəskin istilərə görə, ölüm hallarının sayı 50 dəfəyədək arta bilər.

Şənbə günü The Lancet Planetary Health jurnalında çap edilən araşdırmada bildirilir ki, 2100-cü ilə qədər hava ilə əlaqəli fəlakətlər ildə 152,000 insanın ölümünə səbəb ola bilər. Həmin göstərici hal-hazırda ildə 3,000 ölüm hadisəsidir. Araşdırmaçılar deyirlər ki, ölüm sayının ən çox ola biləcəyi yer şərqi Avropadır.

Hesabatda əlavə edilir ki, “qlobal istiləşmə təcili tədbirlərə ehtiyacı duyulan bir problem kimi qəbul edilməsə 350 milyon avropalı əsrin sonuna qədər çox kəskin hava şəraitində yaşayacaqlar.”

Araşdırma hava tullantıların növbəti illər ərzində azalmayacağı və iqlim ilə bağlı tədbirlərin görülməyəcəyi halda baş verəcək dəyişiklikləri hesablayıblar.

Alimlər komandası son 30 ildə Avropa ölkələrində isti küləklər, vəhşi yanğınlar, quraqlıqlar, daşqınlar və qasırğalar kimi təhlükəli hava ilə əlaqəli fəlakətləri nəzərdən keçirib və topladıqları məlumatlar əsasında proqnozlar hazırlayıblar.

Onlar müəyyən ediblər ki, hava fəlakətləri ilə bağlı ölümlərin 99 faizi kəskin istilər nəticəsində baş verəcək.

XS
SM
MD
LG