Accessibility links

Avropada koronavirusa 2 milyon yeni yoluxma halı qeydə alınıb


Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesus cümə günü bildirib ki, Avropa COVID-19 pandemiyasının episentri olaraq qalmağa davam edir. Ötən həftə orada 2 milyon yeni yoluxma halı qeydə alınıb ki, bu da pandemiya başlayandan bəri regiondakı ən yüksək göstəricidir.

Cenevrədə keçirilən brifinqdə ÜST-nın sədri bildirib ki, regionda həmçinin ötən həftə 27 min ölüm halı qeydə alınıb. Bu da dünya boyu COVID-19-dan ölüm hallarının yarısından çoxuna bərabərdir.

Tedros deyib ki, COVID-19 halları Şərqi Avropada vaksinasiya nisbətinin aşağı olduğu, ancaq həm də vaksinasiya nisbətinin yüksək olduğu Qərbi Avropanın bəzi ölkələrində artır. O deyib ki, bu onu göstərir ki, vaksinlər xəstəxanaya yerləşdirilmə, ağır xəstəlik və ölüm riksini azaltsa da, onlar tədbir görmək ehtiyacını aradan qaldırmır.

Tedros bildirib ki, vaksinlər koronavirusun yayılma sürətini azaltsa da, onun qarşısını tamamilə almır.

ÜST-ün sədri həmçinin COVID-19 vaksinlərinin bərabərsizliyi və zəngin ölkələrin peyvənləri paylayarkən aşağı gəlirli ölkələri göz ardı etdiklərindən bəhs edib. Tedros deyib ki, dünya boyu tətbiq olunan gücləndirici dozaların sayı aşağı gəlirli ölkələrdə tətbiq olunan ilkin dozadan altı dəfə çoxdur.

O, vaksin ehtiyatları olan ölkələri onları inkişaf etməkdə olan ölkələrə paylaması üçün ÜST-ün idarə etdiyi COVAX qlobal vaksin təşəbbüsünə ianə etməyə çağırıb. O deyib ki, imkan verildiyi zaman COVAX nəticə verir və indiyədək 144 ölkə və əraziyə 500 milyondan çox doza çatdırıb.

Tedros deyib ki, əksər ölkələr vaksinləri əhalilərinə paylamağa hazırdırlar, amma onların peyvənd dozalarına ehtiyacı var. O deyib ki, indiyədək yalnız iki ölkə əhalilərini peyvəndləməyin. Onlar Eritreya və Şimali Koreyadır.

ÜST qarşısına bu ilin sonunadək dünyadakı hər bir ölkədə əhalinin azı 40 faizini peyvəndləmək məqsədi qoyub.

XS
SM
MD
LG