Avropada koronavirusa yoluxma hallarının sayı 15 milyonu keçib. Bu barədə Reuters agentliyi cümə günü məlumat yayıb. Bölgədə qış fəslinin başlanması ilə təxminən hər dörd gündə bir milyon yeni yoluxma halı qeydə alınıb.
Avropa 15 milyondan çox yoluxma və 344 mindən çox ölüm halı ilə qlobal yoluxma və ölüm hallarının dörddə birini təşkil edir.
Reuters-in məlumata görə, koronavirus pandemiyası başlayandan bəri Avropada yoluxmaların 5 milyona çatması beş ay çəksə də, növbəti 10 milyon yoluxma halı iki aydan da az bir vaxtda baş verib.
Dünya üzrə 56,9 milyon yoluxma halının 26 faizi və 1,3 milyon ölüm halının 25 faizi dünya əhalisinin on faizinə sahib Avropanın payına düşünür. Dünya boyu hər 100 yoluxma halının 39-u Avropa ölkələrində qeydə alınıb.
Fransa yoluxma hallarında Rusiyanıda geridə qoyaraq regionda virusundan ən çox təsirlənən ölkəyə çevrilib. Fransa yoluxma sayına görə yalnız yoluxma hallarının ən yüksək olduğu ABŞ, Hindistan və Braziliyidan sonra gəlir. Hazırda Fransa və Rusiya Avropadakı yoluxmaların 27 faizini təşkil edir.
Şərqi Avropa isə ümumi yoluxmaların təxminən üçdə birinə və ölümlərin 24 faizinə ev sahibliyi edir. Çex Respublikası, Polşa, Rusiya və Ukrayna adambaşına düşən xəstəlik sayına görə şərqi Avropada üstünlük təşkil edir.
Rusiyada isə gündəlik təxminən 22,434 yeni yolxuma halı qeydə alınır. Ölkədəki bəzi xəstəxanalar COVID-19-un müalicəsində istifadə olunan dərmanların qıtlığı ilə üzləşir. Çaxnaşma, dərmanlara olan yüksək tələbat və yeni etiketləmə sistemi səbəbindən dərmanların vaxtında çatdırılmasında ciddi problem yaşanır.
Digər tərəfdən isə Britaniyada yoluxmalarda azalma müşahidə olunduğu üçün ailələrə Milad bayramında bir yerə toplaşmağa icazə vermək üçün məhdudlaşdırıcı qaydalar tədricən yumuşaldılmağa başlaya bilər.