Accessibility links

Avropada koronavirusla mübarizə isti hava və quraqlıq şəraitində aparılır


Avropanın çox hissəsində isti hava şəraiti davam edir, həddindən artıq quraqlıq və meşə yanğınları ilə mübarizə aparılır. Yayda belə istilik dalğaları regionda yeni bir normaya çevrilməyə başlayıb. Lakin hökumətlərin koronavirus pandemiyasının qarşısını almağa çalışdığı vaxt bəzi ekspertlər bu ekoloji `qırmızı bayrağa` lazımi qədər diqqət yönəlmədiyindən narahatdır.

Bir müddət əvvəl Parisdə yağışlı və soyuq avqust ayı turistləri təəccübləndirə bilərdi, lakin parisliləri deyil. Amma indi bu, keçmiş tarixə bənzəyir. Keçən həftə temperatur təxminən Celsi ilə 40 dərəcəyə çatmışdı. Qısa müddət soyumadan sonra temperatur yenidən qalxmağa başlayıb.

Fransanın çox yerində oxşar hallar baş verir. Ölkənin 101 inzibati bölgəsinin üçdə ikisində həddindən artıq quru hava şəraiti su məhdudiyyətlərinə səbəb olub. Son 60 ildə yağışlar ən aşağı səviyyədədir.

İspaniya, İtaliya və Britaniya də daxil olmaqla, Avropanın digər ölkələrində də isti hava şəraiti müşahidə olunur.

Son illər Avropada yay mövsümündə havanın həddən artıq isti olması və quraqlıq adi hala çevrilib. 2019-cu ildə də bəzi bölgələrdə daha bir rekord isti hava şəraiti və quraqlıq yaşanıb. Heyvanların həyatı və bitkilər təhlükə altındadır.

Bəzi ekspertlər quru və isti havanı birbaşa iqlim dəyişikliyi ilə əlaqələndirirlər.

Son araşdırmaların nəticələri isti və quru hava şəratinin Avropanın meşələrinə uzun müddətli təsiri ola biləcəyini göstərir. Keçən il Avropa İttifaqının Ətraf Mühit Agentliyi havanın istiləşməsinin artıq biomüxtəlifliyin azalmasına səbəb olduğunu bildirib.

XS
SM
MD
LG