Accessibility links

Avropada Milad və Yeni il səbəbilə təhlükəsizlik tədbirləri gücləndirilib


Avropa ölkələrində Milad bayramı və Yeni il səbəbilə son vaxtlar baş verən terror hücumlarıyla bağlı təhlükəsizlik tədbirləri gücləndirilib. Ötən həftə Berlində Milad marketinə hücumdan sonra təhlükəsizliyə xüsusi diqqət ayıran ölkələr Almaniiya, Fransa və İtaliyadır.

Fransada 2400 kilsə və sinaqoqun güclü mühafizə etmək üçün 91 mindən çox polis və jandarma cəlb olunub. Oxşar mənzərə Berlindəki hücumu həyata keçirən Anis Amrinin polis tərəfindən öldürüldüyü İtaliyanın Milan şəhərində müşahidə edilib.

Fransada 2400 kilsə və sinaqoqun güclü mühafizə etmək üçün 91 mindən çox polis və jandarma cəlb olunub. Oxşar mənzərə Berlindəki hücumu həyata keçirən Anis Amrinin polis tərəfindən öldürüldüyü İtaliyanın Milan şəhərində müşahidə edilib.

İtaliyanın paytaxtı Romada dekabrın 31-nə qədər yük maşınlarınnı şəhərin tarixi ərazisinə girişi qadağan olunub.

Romada 350 Yeni il yarmarkasında təhlükəsizliyi qoruyan polislərin də sayı artırılıb.

Almaniyanın paytaxtı Berlində isə dəmiryol və hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib.

Xristianlarının ənböyük bayramlarından biri olan Miladda insanlar adətən ictimai yerlərdə bir araya gəlir və bu da terrorçuların asan hücum mənbəyinə çevrilir.

Avropada son 13 ayda terrror hücumlarının sayı kəskin şəkildə artıb. Hücumlar əsasən ötən ilin noyabrdında 130 nəfərin ölümü ilə nəticənən Paris hücumlarından sonra başlayıb.

Hücuma məruz qalan şəhərlər arasında Brüssül Nitze və Berlin də var. Bundan başqa bir neçə kiçik hücumları Fransa, Almaniya və İtaliyada törədilib.

XS
SM
MD
LG