Accessibility links

Avropanın 9 ölkəsi Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb


Venesuelanın müxalifət lideri Xuan Quaydo
Venesuelanın müxalifət lideri Xuan Quaydo

Avropanın doqquz ölkəsi müxalifət lideri Xuan Quaydonu Venesuelanın keçid dövrü prezidenti kimi tanıyıb.

Britaniya, İspaniya, Fransa, İsveç, Almaniya, Danimarka, Portuqaliya, Avstriya və Niderland Quaydonu Cənubi Amerika ölkəsinin müvəqqəti keçid dövründə lideri kimi tanıdığını rəsmən bəyan edib.

Avropa ölkələri Venesuelada ən yaxın zamanda prezident seçkisinin keçirilməsini və ölkədəki siyasi və humanitar böhrana son qoyulmasını istəyir.

Britaniyanın xarici işlər naziri Ceremi Hant Twitter sosial şəbəkəsində mesajında yazıb: “Nikolas Maduro bizim müəyyən etdiyimiz 8 gün müddətində prezident seçkisi keçirilməsinə çağırmayıb. Buna görə də Birləşmiş Krallıq Avropa müttəfiqləri ilə yanaşı Xuan Quaydonu etibarlı seçkilərin keçirilməsinə qədər müvəqqəti konstitusion lideri olaraq tanıyır. Ümid edək ki, bu bizi humanitar fəlakətin sonuna yaxınlaşdırır.”

İspaniyanın baş naziri Pedro Sançes isə bazar ertəsi Madriddə bildirib: “Biz tam demokratiyanın Venesuelaya qayıtması üzərində işləyirik.”

Fransanın xarici işlər naziri Jan İv Le Drian Fransanın Inter Radio kanalına müsahibəsində Venesuelada böhranın erkən seçkilərin keçirilməsi ilə dinc yolla sona çatmalı olduğunu deyib.

“Maduro hakimiyyətə azad və ədalətli seçki nəticəsində gəlməyib” – deyə, İsveçin xarici işlər naziri Marqo Vallstrom SVT tele kanalına müsahibəsində bildirib.

Danimarkanın xarici işlər naziri Anders Samuelson isə Twitter sosial şəbəkəsində mesajında bildirib: “Danimarka Milli Assambleyanın prezidenti Xuan Quaydonu azad və demokratik seçkilərin keçirilməsinə qədər Venesuelanın müvəqqəti prezidenti kimi tanıyır.”

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Avropa ölkələrinin bəyanatılarını tənqid edərək, bunu “hakimiyyətin ələ keçirilməsinin leqallaşdırılması cəhdləri” və “Venesuelanın daxili işlərinə müdaxilə” adlandırıb.

Maduro İspaniyanın Salvados televiziya proqramında bazar günü müsahibəsində bunları söyləyib: “Biz heç kəsdən ultimatum qəbul etmirik. Bu ona bənzəyir ki, mən Avropa İttifaqına deyirəm ki, `sizə Kataloniya Respulikasını tanımaq üçün yeddi gün vaxt verirəm, əgər tanımasanız, biz ölçülər götürəcəyik. Xeyr, beynəlxalq siyasət ultimatumlara əsaslanmamalıdır. Bu, imperiyalar və müstəmləkələr dövründə idi.”

Maduro həmçinin ABŞ prezidenti Donald Trampı Quaydoya dəstəyini geri çəkməyə çağıraraq deyib ki, “siz əllərinizdə qan ləkələrinin qalacağı səhvlərə yol verirsiniz.”

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG