Accessibility links

Avropanın planet təhqiq edən missiyası fəzaya göndərilib


Avropanın kosmik gəmisi çərşənbə günü başqa günəş sistemlərindəki planetləri araşdırmaq üçün Cənubi Amerikadan üçillik missiya göndərilib.

The Characterizing ExOPlanets Satellite (CHEOPS) missiyası Koordinasiya edilmiş ümumdünya vaxtı ilə saat 08:54-də Rusiyanın Soyuz raketi ilə havaya qalxıb.

Avropanın Fəza Agentliyi bildirir ki, bu peyk planetlərinin olduğu bilinən parlaq ulduzların araşdırmasına həsr olunan ilk missiyadır və missiyada əsas diqqət “super-Yer və Neptun ölçüsündəki planetlərə” yönələcək. Agentlik ümid edir ki, missiyanın əldə etdiyi məlumatlar həmin planetlərin sərbəst səpici sıxlığını hesablamağa imkan verəcək.

Missiyanın teleskopu planetlərin ölçüsünü müəyyən etmək üçün diqqəti parlaq ulduzlara yönəldəcək.

CHEOPS komandasına başçılıq edən isveçrəli astonom və Fizika üzrə Nobel mükafatı laureatı Didier Queloz bu həftənin əvvəli Associated Press-ə bildirib ki, missiya günəş sistemimizdən kənarda 4 mindən çox ekzoplanetdən aşkar olunan yalnız 100-nü tədqiq edib, orada həyatın mövcud olub-olmadığını araşdıracaq.

“Biz bir çox planet sistetmindən birində yaşayırıq”, o qeyd edib.

Queloz deyib ki, teleskop ekzoplantlərin həcmini və radiuslarını araşdırıb, onların atmosferlərinin olub-olmadığını müəyyən edəcək.

“Biz onların mövcud olduğundan başqa heç nə bilmirik”, o deyib. Queloz əlavə edib ki, teleskop planetin ölçüsündən asılı olaraq bir ekzoplanetdə 100 dəqiqə və ya beş gün keçirə bilər.

Peyklər bir-birilərindən havaya qalxandan dörd saat sonra ayrılıb.

Raket həmçinin İtaliyanın Fəza Agentliyi üçün Yer kürəsini müşahidə edən peyk daşıyıb. Digər üç peyk arasında zodial işıqı araşdırmaq və Süd Yolunun şəklini çəkmək üçün nəzərdə tutulan peyk də var .

XS
SM
MD
LG