Accessibility links

Avropol: Fidyə proqramları onlayn məkanında ən böyük təhlükədir


Avropanın beynəlxalq hüquq-mühafizə orqanı 2017-ci ildə fidyə proqramlarının kiberhücumların digər hər bir növünü geridə qoyduğunu və bunun onlayn məkanında ən böyük təhlükə olduğunu bildirir.

Avropolun hesabatında bildirilir ki, ötən il həcm, növ və miqyas baxımından istisna bir il hesab edilir.

“WannaCry” adı ilə tanınan program 60 ölkədə hökumət agentlikləri və özəl şirkətlərin fəaliyyətinə ciddi ziyan vurub.

Avropolun bildirdiyinə görə, bu kimi hücumlar kibircinayət səviyyəsini daha da yülsəldə bilər.

İlk öncə Britaniyada çoxsaylı xəstəxana kiberhücumlara məruz qalıb.

Hücumlar kompüter sistemini sıradan çıxarıb, xəstələrin qəbulu təxirə salınıb.
Britaniyanın Milli Səhiyyə Xidmətinin bildirdiyinə görə, kompüterlərə “ransomware” infeksiyası düşüb. Bu, pul müqabilində sistemin işə salınması deməkdir.

Sosial mediada anonim onlayn valyutası olan 300 dollarlıq bitcoin tələb olunduğu yayılıb.

Milli Səhiyyə Xidmətinin azı 16 təşkilatı kiberhücuma məruz qalıb. MSX-i xəstələrin məlumatlarının ələ keçirilmədiyini bildirib.

Eyni zamanda İspaniyanın Energetika Nazirliyi Telefonica kimi kommunikasiya şirkəti də daxil edilməklə, ölkə boyu kompütürlərə hücumlar edildiyini bəyan edib.

Portuqaliyanın da Telecom şirkətinin kompüterlərinə kiber hücumlar edildiyi bildirilib.

Asiyada ciddi kiberhücumlar olub. 3 gün ərzində 150 ölkədə bu kimi hücumlar qeydə alınıb

XS
SM
MD
LG