Accessibility links

Avropa sağlam və dayanıqlı iqtisadi artıma müvəffəq olub [Video]


Avropa sağlam və dayanıqlı iqtisadi artıma müvəffəq olub
please wait

No media source currently available

0:00 0:02:49 0:00

Avrozona sağlam və dayanıqlı iqtisadi artıma müvəffəq olub

Parisdə bahardır. Ölkənin yeni prezidenti var və təbiət çiçəkləndiyi kimi, Avropa da inkişafına davam edir. İlin ilk rübündə Avrozonanın iqtisadi inkişaf artımı 1.7 faiz təşkil etdi. Birliyin müsbət ticarət saldosu mart ayında iki dəfə artıb. İşsizlik isə azalmaqdadır.

“Avropa iqtisadi inkişafın ön cərgələrindədir. Səbəblərdən biri, təbii ki, Avropa və Çin arasındakı münasibətlər, Çindən gələn tələbdir. Amma, bunun daxili səbəbləri də var. Məsələn, birlik ölkələrindəki tələb də artmaqdadır. Müşahidə etdiyimiz kimi, iqtisadi böhrandan sonra bərpaolunma prosesi əvvəlki illərlə müqayisədə daha dayanıqlıdır.”

Əhəmiyyətlisi odur ki, iqtisadi inkişafın ən möhkəm olduğu ölkələr 2008-ci il böhranından ən çox əziyyət çəkmişlərdir. Portuqaliya 2.8 faizlə son 10 ilinin ən yüksək iqtisadi artımına nail olub. Bu göstəriciyə görə ikinci yerdə olan ölkə isə İspaniyadır.

“Tsiklik iqtisadi bərbaolunmanı müşahidə etməyimizin səbəbi odur ki, Avropa Mərkəzi Bankının nəhayət ki, normal fəalliyətinə başlamasıdır.”

Amma, yaxşı olmayan xəbərlər də var. İşsizlik səviyyəsi böhran dövləri ilə müqayisədə aşağı olsa da, hələ də yüksək səviyyədədir. İtaliyanın iqtisadi inkişaf tempi də ürəkaçan deyil.

“İtaliyanın iqtisadi inkişafı çox zəifdir. Oranın bankları fəaliyyətlərini tam müəyyən edə bilməyiblər. Siyasi sabitlik də mövcud deyil.”

Yunanıstan da böhrana geri dönüb. Avropanın göstərdiyi maliyyə yardımı ilə əlaqədar büdcə ixtisarlarına etirazlar ölkənin nəqliyyat sistemini iflic edib.

İqtisadçılar deyirlər ki, avrozonaya problemlər yaradan struktur müxtəliflikləri hələ də aktualdır.

“Avrozonanın böyük islahatlara ehtiyacı var. Bura fiskal yanaşma və hətta siyasi idarəetmə istiqamətində islahatlar daxildir.

İqtisadi dirçəlişi kölgəyə salan digər məqam Britaniyanın Avropa Birlikdən çıxması ilə bağlı verdiyi qərardır.

“Bu, Britaniyaya daha pis təsir göstərəcək. Belə ki, Britaniyanın iqtisadiyyatı Avropa Birliyi ilə müqayisədə daha kiçikdir. Sual iqtisadi məsrəfləri azaldılması istiqamətində tərəflərin razılaşıb-razılaşmayacaqlardadır. İlkin mərhələdə baş tutmuş danışıqlıqlar yaxşı nəticə verməyib.”

Sprinqford deyir ki, hal-hazırda Avropanın iqtisadi inkişafı mühərriki rolunda Fransa və Almaniya aparıcı yer tuturlar. Amma, Fransanın yeni seçilmiş prezidentinin bal ayı çox qısa çəkə bilər. Belə ki, ölkənin həmkarlar ittifaqları Makronun iqtisadi islahat təkliflərinə etirazlarını bildirirlər.

XS
SM
MD
LG