Accessibility links

Avşar Abbasi: Türkiyə seçkilərinin tək qalibi demokratiyadır [Audio]


Avşar Abbasi
Avşar Abbasi

Ankarada yaşayan ərdəbilli tələbə Türkiyənin son parlament seçkilərinin əsas qalıbinin demokratiya olduğunu deyir. Avşar Abbasi Amerikanın Səsi ilə söhbətdə seçkilərin nəticələrini şərh etməklə yanaşı bu seçkilərdə müxtəlif siyasi cərəyanlardan əlavə azlıqların önə çıxması, Xalqların Demokratik Partiyasının (HDP) müvəffəqiyyətinə səbəb olan amillər, Milliyyətçi Hərəkət Partiyasının (MHP) mövqeyini dəyərləndirib.

Avşar Abbasi Türkiyə seçkiləni təhlil edir
please wait

No media source currently available

0:00 0:17:38 0:00

Avşar Abbasi bu seçkilərdə partiyalar deyil demokratiya və plüralizmin qalib gəldiyini deyir:

Bu seçimlər çox təmiz, şəffaf və demokratik bir zəmində həyata keçirildi. Əksəriyyəti əhatə eən, çeşitliliyi mənimsəyən, plüralizmi və azlıq haqlarını ehtiva edən bir seçki keçirildi.
Avşar Abbasi

“Nə qədər də HDP-nin başarılı olduğu bəlli çevrələr tərəfindən çox önə çıxarılsa da, bu seçimin tək qalibi Türkiyədəki demokratiyadır. Çünki, bu seçimlər çox təmiz, şəffaf və demokratik bir zəmində həyata keçirildi. Əksəriyyəti əhatə eən, çeşitliliyi mənimsəyən, plüralizmi və azlıq haqlarını ehtiva edən bir seçki keçirildi.”

Ərdəbilli tələbənin fikrincə, “bu seçimlərdə Türkiyə toplumu hər hansı partiyanı deyil demokratiyanı seçdi, fərqli cərəyanlar öz iradəsini siyasət meydanlarında səsləndirdi. Hərkəs seçim nəticələrində öz iradəsinin əks ediləcəyini görə bildiyi üçün yüzdə 84 qatılım oldu. Yəni bu seçim demokratiyanın kök salması və mədəni toplumun oluşması anlamına gəlməkdədir.”

Onun sözlərinə görə, “Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan toplumda AKP üçün 400 millət vəkili istəmişdi, amma demokratiyanın gərəyi olaraq qazanmadıqdan sonra yenə də demokratiyaya baş əyərək millətimizin təqdiri hər şeydən üstündür dedi.”

HDP-nin başarısı türk toplumunun AKP-yə olan öfkəsindən dolayıdır və mən burada bu partiyanın türk toplumuna borclu olduğunu düşünürəm. HDP də bunu yaxşı bilir, hətta çox yerlərdə bu axan oyları əmanət oyu kimi gördüyünü və xalqın əmanət oylarını qoruyacağını dəfələrlə demişdir.
Avşar Abbasi

Xalqların Demokratik Partiyasının (HDP) yüksək səs almasına səbəb olan amillər haqqında danışan Abbasi kürd partiyasının bu uğuru türk toplumuna borclu olduğunu ifadə edir:

“HDP-nin başarısı türk toplumunun AKP-yə olan öfkəsindən dolayıdır və mən burada bu partiyanın türk toplumuna borclu olduğunu düşünürəm. HDP də bunu yaxşı bilir, hətta çox yerlərdə bu axan oyları əmanət oyu kimi gördüyünü və xalqın əmanət oylarını qoruyacağını dəfələrlə demişdir.”

Onun sözlərinə görə, Türkiyə aydınları müxtəlif fürsətlərdə əzilmiş xalqları müdafiə etmişdilər. Ziyalıların müdafiə etdiyi əzilmişlər sadəcə kürdlərdən ibarət olmayıb, bir çox dini və etnik qrupu ehtiva edib.

Türkiyədə bir çox ekspertin fikrincə, kürd partiyasının yüksək səs ala bilməsini Milliyətçi Hərəkat Partiyası (MHP) da təmkinli bir şəkildə qarşılayıb.

Ana müxalifət sayılan Cümhuriyyət Xalq Partiyasının (CHP) baş qərargahı
Ana müxalifət sayılan Cümhuriyyət Xalq Partiyasının (CHP) baş qərargahı

Avşar Abbasi isə MHP-nin bu növ təmkinli yanaşmalarının keçmişdə də müşahidə edildiyini və ümumiyyətlə partiyanın lideri Devlet Bahçelinin siyasətinin Türkiyədə sabitliyi qorumaq və gərginlik yaratmamaq istiqamətində olduğunu qeyd edir.

Abbasi MHP-nin Türkiyədə yaşayan etnik azlıqların haqlarına dair siyasətini tənqid etsə də millətçi partiyanın silahlı fəaliyyətlərə qarşı mövqeyində haqlı olduğunu vurğulayır.

Ankarada yaşayan tələbə müsahibədə həmçinin Türkiyəli olmayan türk cəmiyyətlərin də bu seçkilərin nəticələri ilə bağlı yanaşmalarını dəyərləndirir.

XS
SM
MD
LG