Mayın 21-i gecə saatlarında Avstraliyanın cənubunda meteor olduğu ehtimal edilən parlaq işıq saçan obyekt müşahidə edilib.
Avstraliyanın cənubundan Adelaydeyə qədər ərazinin sakinləri bu parlaq işıq hadisəsinin şəkillərini və videolarını çəkərək sosial şəbəkələrdə paylaşıb.
Cənubi Avstraliya polisi həmçinin səmanı izləyənlərə qoşularaq, Qambir dağında səmanın alovla müşahidə edilən və meteor hesab edilən parlaq işıq obyekti ilə işıqlanmasını təhlükəsizlik kameralarından yayıb.
Avstraliya Astronomik Cəmiyyəti bu obyektin atmosferə daxil olan kiçik mərmər top ölçüsündə olan kosmik toz olduğunu bildirib. Şahidllərin meteor yerə düşərkən əvvəlcə yaşıl alovla müşayiət olunduğunu, sonra isə narıncı rəngli alovda yandığını deyib.