Avstraliya beynəlxalq qüvvələrin ölkəni tərk etməsindən sonra təhlükəsizliyin təmin edilə bilməyəcəyi üçün bu həftə Əfqanıstandakı səfirliyini bağlayacağını bəyan edib.
Avstraliyanın Əfqanıstanın paytaxtı Kabildəki səfirliyi mayın 28-də bağlanacaq.
Baş nazir Skot Morrison səfirliyin müvəqqəti olaraq bağlanacağını və Avstraliyanın gələcəkdə bu ölkədə səfirliyini açacağına ümid etdiyini deyib.
O vaxta qədər diplomatlar Əfqanıstana digər ölkələrdən təyyarə ilə gələcək.
Morrison deyib ki, ölkədə "təhlükəsizliklə bağlı qeyri-müəyyənlik" hökm sürdüyü üçün səfirlik işçilərinin Əfqanıstanda qalması çox təhlükəlidir. Təhlükəsizlik səbəbindən Avstraliyanın Kabildəki səfirliyinin dəqiq yeri nadir ictimaiyyətə açıqlanır.
Prezident Baydenin NATO missiyasının əməliyyatlarının sona çatdırdığını və Amerikanın qoşunlarının geri çəkiləcəyini elan etməsindən sonra son həftələr ölkədə zorakılıqlar artıb.
Bəzi təhlilçilər hərbi qüvvələrin çıxarılmasının Əfqanıstanı yenidən genişmiqyaslı qarşıdurmaya apara biləcəyindən narahatdır.
20 illik müharibə dövründə Avstralıyadan Əfqanıstana təxminən 40000 əsgəri qüvvə göndərilib. Onlardan 41-i öldürülüb.
Hesablamalara görə, bu müharibədə Əfqanıstan təhlükəsizlik qüvvələrinin 60000-nə yaxın üzvü, təxminən iki dəfə çox mülki vətəndaş ölüb.
Ölkədə Avstraliyanın təxminən 80 əsgəri qalıb ki, onlar da sentyabr ayına qədər evlərinə qayıdacaq.