Avstraliyanın baş naziri Malkolm Turnbul nəzarət məntəqəsində aborigen yeniyetməyə verilmiş işgəncəyə görə tədqiqat aparılmasına əmr verib.
Avstraliyanın televiziya kanalı bazar ertəsi günü yayımladığı videoda yeniyetmə çilpaq soyundurularaq ona yaxın məsafədən gözyaşardıcı qaz sıxılıb. 17 yaşlı gənc iki saat boyunca stula qandanlanaraq saxlanılıb.
Yayılmış məlumata görə 10-13 yaşlı uşaq Don Dale təcridxanasında su və işığı olmayan kiçik həbsxana otağında saxlanılıb.
Ölkənin şimal hissəsində həddi-buluğa çatmamış uşaqlar üçün təcridxanadakıların 97 faizi aborigenlərdir.
İnsan haqları fəalları hökuməti bu problemi illərdir gözardı etdiyini deyir.
Turnbul deyib ki, Avstraliya Kral Kommissiyası sentyabr ayından başlayaraq gələn ilin başına qədər bununla bağlı məhkəmələr keçirəcək.