Avstraliya alimləri qan nümunələrindən istifadə edərək təxminən 20 dəqiqə ərzində koronavirus infeksiyasını müəyyən edə biləcək test hazırladıqlarını xəbər verir. Onlar bunun dünyada ilk belə bir test olduğunu bildirirlər.
Monaş Universitetinin tədqiqatçıları bildiriblər ki, hazırladıqları test analiz vermiş şəxsin indi və keçmişdə virusa yoluxub-yoluxmadığını müəyyənləşdirə bilər.
Tədqiqatçılar ACS Sensors jurnalında dərc olunan bir məqalədə bildirib ki, “Qısamüddətli tətbiq yoluxmanın sürətlə şəkildə müəyyənləşdirilməsi və virusun yayılmasını önləmək üçün kontaktların izlənməsindən asılıdır. İcmalarda infeksiyanın miqyasını öyrənməkdən ötrü əhalinin yoxlanması isə uzunmüddətli ehtiyacdır”.
Tədqiqat komandasına BioPRIA və Monaş Universitetinin Kimya Mühəndisliyi şöbəsi rəhbərlik edib.
Onların yaratdığı test qan nümunələrindəki 25 mikrolitrlik plazmadan istifadə edərək koronavirusun səbəb olduğu aqlütinasiya, yəni qırmızı qan hüceyrələrinin topalaşmasını aşkarlamağa çalışır.
Hazırda koronavirus yoluxmalarını müəyyən etmək üçün istifadə olunan burun boşluğundan alınan nümunə testi koronavirus infeksiyasının mövcud klub-olmadığını yoxlayır. Lakin yeni test qandakı nümunələr vasitəsi ilə şəxslərin keçmişdə də xəstəliyə yoluxub-yoluxmadığını müəyyən etməyə imkan verir.
Tədqiqatçılar bu üsulla bir saata yüzlərlə nümunənin test oluna biləcəyini bildirir. Onlar həmçinin ümid edirlər ki, bu testdən peyvəndə cavab olaraq yaranan anticismlərin tapılmasında da istifadə oluna biləcək.
Artıq bu test üçün patentə müracitə olunub və tədqiqatçılar istehsalın genişləndirilməsi üçün kommersiya və dövlət dəstəyi axtarır.
Hazırda dünya üzrə koronavirusa 13.8 milyon insan yoluxub. Virusdan ümumi həyatını itirənlərin sayı isə 600 mini ötüb.