Accessibility links

Avstraliyanın ştatları daxili sərhədlərini açmağa başlayıb


Cənubi Avstraliya ölkənin COVID-19 pandemiyasına görə sərhəddə məhdudiyyəti qaldıran ilk ştatdır. Çərşənbə günündən etibarən Qərbi Avstraliya, şimal bölgəsi və Tasmaniyadan olan səyahətçilərin Cənubi Avstraliyaya karantinə alınmadan daxil olmasına icazə verilib. Avstraliyada koronavirusa 7300 təsdiqlənmiş yoluxma, 102 ölüm halı qeydə alınıb.

Cənubi Avstraliya mart ayında COVID-19 böhranının gücləndiyi bir vaxt xəstəliyin yayılmasınının qarşısını almaq məqsədilə sərhədlərini ölkənin digər bölgələrinə bağlamışdı.

Son üç həftə ərzində 1,7 milyon əhalisi olan ştatda yeni yoluxma halı qeydə alınmadığı üçün hökumət Tasmaniya adası, qonşu Qərbi Avstraliya və şimal ərazisi ilə sərhədlərini yenidən açıb. Lakin Cənubi Avstraliya ştatı Avstraliyada yeni koronavirus hallarının əksəriyyətinin təsdiqləndiyi, ən çox əhalinin yaşadığı Yeni Cənubi Uels və Viktoriya ştatlarına sərhədlərini açmayıb. Bu ştatlara sərhədlərin açılması iyulun sonunda gözlənilir.

"Gecə yarısından başlayaraq Şimal ərazisindən, Qərbi Avstraliya və Tasmaniyadan gələn hər kəs üçün məhdudiyyəti qaldırdıq. Bu o deməkdir ki, həmin bölgərəldən gələnlərdən on dörd günlük təcrid tələb etməyəcəyik"deyib Cənubi Avstraliya ştatının baş naziri Stiven Marşall.

Lakin Cənubi Avstraliyaya səyahətlər yalnız birtərəflidir.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG