Accessibility links

Australiyada vətəndaşlara CovidSafe izləmə App-ni yükləmək tövsiyə edilir


Dörd milyondan çox avstraliyalının hökumətin CovidSafe izləmə App-ini yükləməsinə baxmayaraq, rəsmilər bunun effektiv olması üçün daha çox sayta imza atmağın gərək olduğunu təkid edir.

Bu günə qədər Avstraliyada COVID-19-dan 6800 yoluxma halının olduğu, 5800 xəstənin sağaldığı, və 95 nəfərin öldüyü bildirilib.

CovidSafe Avstraliyada bir həftə əvvəl istifadəyə verililb və artıq 4.25 milyon avstraliyalı bu App-i yükləyib. Lakin rəsmilər koronavirusu izləmə proqramının daha çox yüklənməsinin siyasi liderlərin məhdudiyyətlərin yüngülləşdirilməsində daha "cəsarətli" addımlar atmalarına imkan verəcəyini deyirlər.

Hökumət COVID-19-un izlənməsi üçün təxminən 10 milyon avstraliyalının, yəni əhalinin 40 faizinin bu proqramdan istifadəsinin çox vacib olduğunu bildirib.

Vətəndaş azadlıqları qrupları bu texnologiyanın şəxsi həyata müdaxilə olduğunu deyir, bəzi mütəxəssislər isə bu proqramın dəqiq izləmə qabiliyyətini şübhə altına alır.

Lakin baş həkim Brendan Mörfi daha çox avstraliyalını bu proqrama qoşulmağa çağırıb.

Federal hökumət bəzi əyalət və ərazilərdə ictimai toplaşma və istirahət məhdudiyyətlərini yüngülləşdirmək barədə məlumatı bu həftənin sonunda elan edəcəyini bildirib.

XS
SM
MD
LG