Accessibility links

Avstraliyada daşqınlar baş verib


Həftə sonu Avstraliyanın şərq sahilləri boyunca yağan güclü yağışlar bəzi bölgələrdə yarım əsrdə ən güclü daşqına səbəb olub.

Martın 21-də minlərlə insan evakuasiyaya məcbur qalıb, yüzlərlə ev zədələnib.

Yeni Cənubi Uelsin (NSW) Baş naziri Qladis Berejiklian Avstraliyanın 8 milyon əhalisi olan ştata yağan yağışın ilk növbədə Sidneyin şimal-qərbindəki alçaq ərazilər üçün gözləniləndən daha ciddi təsir etdiyini bildirib. Berejiklian televiziya brifinqində "dünən bunun yalnız 20 ildə bir dəfə olacağına ümid edirdik, indi 50 ilin hadisəsi kimi görünür" deyib.

Sidneyin şimal-qərbindəki bəzi bölgələrdə yaşayan insanlara gecə yarısı sürətlə irəliləyən suların geniş dağıntılara səbəb olacağına görə evlərindən qaçmaq əmri verilib. Berejiklian deyib ki, 4000 nəfərdən çox insanın evlərini tərk etmək istədiyini bildirib və bazar günü təxminən 1000 nəfər evakuasiya edilib.

Televiziya və sosial media görüntülərində sürətlə irəliləyən suyun evləri, yolları bürüdüyü, ağacları sındırdığı və yol infrastrukturuna ziyan vurduğu əks olunur.

Zərər görən evlərin ümumi sayı "yüzlərlə" ölçülür.

Ştat boyu bir neçə yol bağlanıb, bir çox məktəb bazar ertəsi günü dərsləri dayandırıb.

Baş nazir Skott Morrison Facebook paylaşımında fəlakətin təsirinə məruz qalanlar üçün federal yardım ayrılacağını elan edib.

Avstraliyanın əsas şərab bölgələrindən biri olan Hanter da daxil olmaqla, NSW-də təxminən 13 sahə üçün daşqın riski və evakuasiya xəbərdarlıqları yayılıb.

Sidneyin əsas su təchizatı olan Varragamba və bir neçə bəndin dağılması çayların səviyyəsinin artmasına səbəb olub.

Meteoroloqlar yağışın bir neçə gün davam edəcəyini deyir.

Təcili yardım qrupları cümə axşamı günü yağışların başlamasından bəri təxminən 6000 kömək çağırışına cavab verib.

Ekstremal hava şəraiti Avstraliyanın COVID-19 peyvəndinin NSW-yə çatdırılmasına da təsir edib və ölkənin yaxın bir neçə həftə ərzində təxminən 6 milyon insana ilk dozaları çatdırmaq planlarını pozub.

Avstraliyanın dərman tənzimləyicisi Terapevtik Mallar İdarəsi (TGA) yerli istehsal AstraZeneca peyvəndlərini təsdiq edib.

Avstraliya hökuməti yerli istehsal üçün 50 milyon doza AstraZeneca peyvəndini satın alıb.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG