Accessibility links

Avstraliyada meşə yanğınları davam edir


Cümə axşamı Avstraliyanın cənubunda tüğyan edən 40-dan çox meşə yanğını evləri və mal-qaranı məhv etməkdədir.

Rəsmilər Aşağı York yarımadasında nəzarətdən çıxan meşə yanğınları nəticəsində ən az 11 evin tamamilə yandığını və ya zərər gördüyünü söyləyib.

Məsul şəxslər sakinlərə daha çox yanğına hazır olmaları üçün xəbərdarlıq edirlər.

"Cənubi Avstraliya xalqına açıq mesajım budur ki, hazır olmalıyıq, əlimizdən gələnin ən yaxşısını etməli olacağımıza əmin olmalıyıq. Çünki burada - Avstraliyanın cənubunda başqa yanğınların olma ehtimalı çox yüksəkdir"- deyə, baş Nazir Stiven Marşal mövcud vəziyyəti dəyərləndirib.

Cümə axşamı Yeni Cənubi Uelsin bəzi yerlərində baş vermiş meşə yanğınlarından sonra Avstraliyanın ən böyük şəhərlərindən biri olan Sidneyin səması qalın tüstüyə bürünüb.

Bu həftə ikinci dəfədir ki, şəhər və yaxınlıqdakı ərazilər tüstü ilə örtülür. Buna görə də hakimiyyət orqanları tənəffüs və ürək problemləri olan şəxslərə qapalı yerlərdə qalmaq haqda xəbərdarlıq edib.

"Burnum və boğazım qıcıqlandı. Bu səhər şəhərdə olduğumuz hoteldə oyandım və artıq nəfəs almaq çətin idi və ona görə bu gün maska taxmağa qərar verdim."

Yerli media şəhərin hava keyfiyyəti indeksinin təhlükəli səviyyəyədə olduğunu bildirib.

Yeni Cənubi Uels və Sidney əyalətlərində bir neçə yerdə yanğınlar davam edir və yerli əhaliyə tüstülü havanın bir neçə gün qalacağı ilə bağlı xəbərdarlıq edilib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG