Accessibility links

Avstraliyanın bəzi ştatlarında məktəblərin fəaliyyəti bərpa edilib


Avstraliyanın çox əhalisi olan ştatlarında COVID-19-a görə həftələrdir bağlı olan məktəblər fəaliyyətə başlayıb.

Bazar ertəsi bir milyondan çox məktəbli sinif otaqlarına qayıdıb. Yeni Cənubi Veyls ştatında 2 ay fəaliyyəti dayandırılan məktbələr normal cədvəllə çalışır.

Qonşu Kvinslend ştatında da tədris ocaqları fəaliyyətlərini tam bərpa edib. Tasmaniya və Viktoriyada məktəblər çərşənbə günündən etibarən açılır.

Sosial məsafə qaydaları qüvvədə qalır. Məktəblərə valideynlər və baxıcıların girişi qadağandır.

Məktəblər Avstraliyanın pandemiyaya cavab tədbirləqi sırasında ən mübahisəli məsələ idi. Federal hökumət məktəblərin açıq saxlanmasında israr edildi. Lakin ştat rəhbərləri məktəblilərin evdə qalmasının təhlükəsizliyi təmin edəcəyini deyirdi.

Məktəblərin açılışı COVID-19 məhdudiyyətlərinin yüngülləşdirilməsinə mühüm addım hesab edilir. Digər yüngülləşmələr iyun ayının əvvələri üçün nəzərdə tutulub.

Kafe, bar və restoranlar ciddi məhdudiyyətlərlə işə başlayacaq.

Avstraliyada virus 7100 nəfərdə təsdiqlənib. 102 nəfər həyatını itirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG