Accessibility links

Avstraliyada minlərlə insan "Qaraların Həyatı Mühümdür" nümayişlərinə qatılıb


Avstraliya hökumətinin koronavirusla bağlı xəbərdarlıqlarına baxmayaraq, "Qaraların Həyatı Mühümdür" etirazları şənbə günü böyük izdiham cəlb edib. Yürüşlər Corc Floydun polis nəzarətində ölüməsindən sonra ABŞ-dakı kütləvi mitinqlərdən ilham alıb.

İrqçiliyə qarşı olan minlərlə insan yerli əhalinin çoxsaylı həbslərinə, həbsxanalardakı ölümlərə və yerli xalqın uşaqlarının ailələrindən alınmalarına qarşı keçirilən nümayişə qatılıb. Ölkə əhalisinin təxminən 3 faizini 0yerli avstraliyalıların təşkil etməsinə baxmayaraq, həbsxanalarda olan məhkumların demək olar ki, üçdə biri yerlilərdir.

"Bir yerli xalq kimi gələcəyimizi qorumaq və xalqımızın başına gələn haqsızlıqlara qarşı çıxmaq üçün buradayıq" - deyə, aborigen qadın bildirib.

Avstraliyanın qərbindəki Pert şəhərində etirazçılar rəsmilərin koronavirus səbəbindən şənbə günü mitinqdə iştirak etməməsi çağırışlarını rədd edib. Təşkilatçılar maskalar və əl sanitayzerləri paylayıb.

Bundan əvvəl Sidneydə keçirilən yürüşü Ali Məhkəmə sağlamlığa hədə səbəbi lə qanunsuz saysa da, yüzlərlə insan etiraz aksiyasına qatılmışdı.

"Mən buradayam, çünki 1991-ci ildən bəri həbsxanalarda 437 ölüm hadisəsi olub. Beləliklə, mən fikrimi bildirmək üçün buradayam və hökumətin bunun qeyri-qanuni olduğunu deməsinə isə əhəmiyyət vermirəm" - deyə, Sidneydə bir etirazçı bildirib.

XS
SM
MD
LG