Accessibility links

Avstraliyanın yeni baş naziri vəzifəsinin icrasına hazırdır


Avstraliyanın yeni baş naziri vəzifəsinin icrasına dərhal hazır olduğunu bildirib. Partiyasının ümimmili seçkilərdəki qələbəsindən bir gün sonra Toni Abbott dövlət məmurlarından hesabat almağa başlayıb.

6 il hakimiyyətdə olan Müxalif Liberal Milli koalisiya Abbottun Əmək partiyasına məğlub olub.

Avstraliyanın “Herald Sun” qəzetinə müsahibəsi zamanı baş nazir əsas iki prioroteti olduğunu bildirib.

O deyib ki, bunlardan biri karbon emissiyaları vergilərinin ləğvi, digəri isə qayıqlarla ölkəyə gəlib sığınacaq istəyənlərin qarşısını almaqdır.

Abbott yeni vəzifəsinin onun üzərinə misilsiz bir cavabdehlik qoyduğunu deyib.

Avstraliyada seçkilər sabiq baş nazir Culiya Gillardın vəzifəsini tərk etməsindən 3 ay sonra keçirilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG