Accessibility links

Avstraliya polisi 210 milyon dollarlıq narkotik maddə aşkar edib


Avstraliya polisinin bibər sousunun qablarında 210 milyon dollar məbləğində 400 kq kristal metan narkotik maddəsi aşkar etməsindən sonra 4 nəfər həbs edilib.

"Oktyabrın 15-də Birləşmiş Ştatlardan Sidneyə gələn yük karqosunun içərisində "metilamfetamin" maddəsi olduğu təsbit edilən 768 ədəd bibər sousu qabı aşkar etdik," Yeni Cənubi Vels polisi cümə axşamı bildirib.

Polis bazar günü 36 yaşlı bir şəxsi, bazar ertəsi isə Sidneyin biznes mərkəzindəki mehmanxananın avtomobil parkında daha iki nəfərin həbs edildiyini bildirib.

Polis tərəfindən yayımlanan fotolarda bir avtomobilin arxa oturacağında bibər sousu olan bir neçə qutunu görmək olub. Polis avtomobildən 8, mehmanxana otağında aparılan axtarış zảmanı isə 26 qutu müsadirə edib.

Şərhlərə bax

XS
SM
MD
LG