Accessibility links

Avstraliya polisi külli miqdarda ekstazi müsadirə edib


Avstraliya polisi Kiprdən gələn konteyner gəmisində ikiqat dibli manqallar müsadirə edib. Manqallarda ümumi çəkisi 645 kiloqram olan ekstazi bağlamaları aşkar olunub.

Avstraliya polisi çərşənbə axşamı günü iki nəfəri külli miqdarda narkotik maddələr qaçaqmalçılığı ittihamı ilə həbs edib. Onlardan biri 30 yaşlı Kvinslend sakini, ikincisi isə 33 yaşlı Kanada vətəndaşıdır. Saxlanılanların adları açıqlanmayıb.

İstintaq bu ilin iyul ayında başlayıb. Avstraliya Patrul Xidməti Kiprin Narkotiklərlə Mübarizə İdarəsindən Limasolla limanından Sidneyə külli miqdarda qanunsuz maddələr daşıyan konteyner gəmisi barədə məlumat olub.

Avstraliyaya gələn gəmidə xüsusi təlim keçmiş itlərin köməyi ilə axtarış aparılıb. Nəticədə polis 200 cüt ikiqat dibli alüminium manqal tapıb. Manqalların gizli bölmələrində ümumi çəkisi 645 kiloqram olan ekstazi paketləri olub. Bu, Avstraliyada bu il müsadirə edilən ən böyük narkotik partiyasıdır.

Kəşfiyyat agentləri qadağan olunmuş maddələri neytral maddələr olan paketlərlə əvəz ediblər. Daha sonra konteynerlərdəki manqallar təyinat yerinə - Sidneydəki anbara göndərilib və orada üç aydan çox saxlanıb. Bundan sonra onları aparmaq üçün anbara gələn iki nəfər nəzarət altına alınıb.

Polisin verdiyi məlumata görə, istintaq hələ də davam edir və işdə yeni həbs olunanlar ola bilər. Təqsirləndirilən iki nəfər ömürlük həbs cəzası ilə cəzalandırıla bilər.

XS
SM
MD
LG