Accessibility links

Avstraliya qanunvericisi səudiyyəli qadına sığınacaq verilməsinə çağırıb


Avstraliya qanunvericisi Sara Hanson-Yanq hökuməti Tailandda otelə sığınan səudiyyəli qadına sığınacaq verilməsinə çağırıb.

Rahaf Məhəmməd Əl-Qunun adlı 18 yaşlı qadın hazırda BMT-nin Qaçqınlar Agentliyinin nəzarəti altındadır. O, Banqkokda mehmanxanada gizlənib.

Əl-Qunun şənbə günü ailə səyahəti zamanı Küveyt hava limanından qaçıb.

Qunun “Reuters” agentliyinə Banqkokda təyyarədən çıxan kimi saxlanılğını, ona Küveytə qaytarılacağının söyləndiyini bildirib.

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi səfirliyin onun pasportunu almasını təkzib edib, tvitində yazıb ki, qadın Tailandın immiqrasiya qanunlarını pozduğuna görə saxlanıb.

Əl-Qunun BMT-nin qaçqınlar üzrə agentliyindən, kömək edə biləcək hər kəsdən yardım istəyib.

Əl-Qunun ailəsinin zorakılığından başqa bir ölkəyə sığınmaq istədiyini deyib. O, saçını kəsdiyi üçün 6 ay otaqda bağlı saxlanıldığını və geri qayıtsa, ailəsi tərəfindən öldürüləcəyindən əmin olduğunu bildirib.

BMT onun məsələsinin nəzərdən keçirilməsinin 7 günı qədər sürə biləcəyini bəyan edib.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG