Accessibility links

Avstraliya rəsmiləri yoxa çıxan Malayziya təyyarəsi haqda yeni məlumat açıqlayıb


Avstraliya rəsmiləri yoxa çıxan Malayzia Hava Yollarına məxsus təyyarənin Hind Okeanının cənubunda qəzaya uğramadığını güman edirlər. Avstraliyanın cənub sahillərində okeanın dibində araşdırma aparan robot sualtı qayıq son missiyasını tamamladıqdan sonra rəsmilər bu nəticəyə gəlib.

Yayımlanan bəyanatda bildirilir ki, Bluefin-21 markalı sualtı qayıq təyyarəyə məxsus heç bir hissə ilə rastlaşmayıb. Araşdırma okean dibinin 850 km kvadrat səthini əhatə edib.

239 sərnişin daşıyan Boeing 777 təyyarəsi martın 8-də Kuala Lumpur hava limanından Pekin istiqamətində havaya qalxdıqdan 30 dəqiqə sonra heç bir həyəcan siqnalı göndərmədən yoxa çıxıb.

Malayziya rəsmiləri uçuş sistemi haqda bilikli şəxsin təyyarənin istiqamətini qəsdən dəyişdirə bildiyinə inanır.
XS
SM
MD
LG