Accessibility links

Avstraliya İrana qarşı sanksiyalar tətbiq edir


Avstraliya İrana qarşı sanksiyalar tətbiq edir
Avstraliya İrana qarşı sanksiyalar tətbiq edir

110 şirkət və fərdə şamil ediləcək sanksiyaların məqsədi İranı nüvə proqramından çəkindirməkdir

Avstraliya ABŞ, Kanada, Avropa İttifaqı və BMT-yə qoşularaq, İrana qarşı sanksiyalar tətbiq edəcəyini bəyan edib. Avstraliyanın xarici işlər naziri Stefen Smit bildirib ki, 110 şirkət və fərdə şamil ediləcək sanksiyaların məqsədi İranı nüvə proqramından çəkindirməkdir. Sanksiyalar hər növ silah ticarətinin qadağan edilməsini nəzərdə tutur. Buraya nüvə, bioloji və kimyəvi silahlarının istehsalında istifadə edilən maddələrin satışı da daxildir. Avsraliyanın xarici işlər naziri İranın nüvə proqramını beynəlxalq ictimaiyyətin üzləşdiyi ən böyük problem adlandırıb.

XS
SM
MD
LG