Accessibility links

Yeni il ərəfəsində Avstraliyanın Sidney şəhərində sərt məhdudiyyətlər tətbiq olunur


Avstraliyanın ən böyük şəhərində artan koronavirusun qarşısının alınması üçün Yeni İl ərəfəsində sərt məhdudiyyətlər tətbiq olunur.

Səhiyyə rəsmiləri Sidneydəki COVID-19 epidemiyasını dalğavari kimi xarakterizə edir. Ölkədə təxmin edilən yeni 204 aktiv yoluxmanın çoxu Avstraliyanın bu böyük şəhərinin payına düşür.

Təxminən iki həftə əvvəl bir qrup insanda aşkar edildikdən sonra şəhərin şimaldakı sahil ərazilərinin bəzi hissələri bağlı vəziyyətdə qalır. Yoluxmalar şəhərin digər bölgələrində də aşkar edilib.

Rəsmilər Yeni il ərəfəsində “super yayılma hallarının qarşısını almaq” üçün böyük toplantılara qadağa qoyub. Sidneyin məşhur atəşfəşanlığı planlaşdırılsa da, izləmək üçün izdihamın limana toplanmasına icazə verilməyəcək.

Virusun yayılmasının qarşısını almaq üçün toplantılar məhdudlaşdırılıb, azı bir həftə qocalar evlərinə ziyarətlər qadağan edilib.

Mütəxəssislər ştat rəsmilərini yoluxmalar artdığı təqdirdə şəhər daxilində karantin tətbiq etməyə çağırıb.

Avstraliyanın digər ştatları və regionları Sidneydən gələn səyahətçilərin sayını məhdudlaşdırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG