Accessibility links

Şimali Koreyada həbsdə olan avstraliyalı tələbə azad edilib


Bir həftədən çoxdur Şimali Koreyada bir həftədən artıq həbsdə saxlanılan avstraliyalı tələbə azad edilib və vətəninə yola düşüb.

Yaponiyada doğulan həyat yoldaşı ilə görüşmək üçün Tokioya gedən Alek Siqli cümə axşamı Pekində enib.

Bundan əvvəl Avstraliyanın baş naziri Skott Morrison qanunvericilərə Siqlinin azad edilməsində İsveçin böyük rolu olduğunu deyib. “Alekin tez bir zamanda azad olunmasına yardım etdiyi üçün Avstraliya hökuməti adından İsveç rəsmilərinə təşəkkürümü bildirirəm. Bu onların həssas məsələlərin həlli yolunda digər hökumətlərlə yaxından əməkdaşlığının nəticəsidir” - deyə, Skot Morrison bildirib.

Pxenyanda təhsil alan bir neçə qərblidən biri olan 29 yaşlı Alek Siqli iyunun 25-də yoxa çıxmışdı.

Alekin ailəsi onunla sosial mediada əlaqə kəsildikdən sonra həyəcanlanmağa başlamışdı.

XS
SM
MD
LG