Accessibility links

Avstraliyada meşə yanğınları Milli parkı viran qoyub


Avstraliyanın cənub-qərb regionu boyu üç həftə davam edən meşə yanğınları Milli parkı viran qoyub.

Rəsmilər deyir ki, yanğın 40 min hektarlıq ərazini və New South Wales ştatında Varrumbunql Milli Parkında 33 evi dağıdıb.

Yanğın dünyanın ən məşhur müşahidə obyekti, kəhkəşan və cənub səmasının xəritəsini çəkən dörd metr uzunluğunda Anqlo-Avstraliya teleskopunun yerləşdiyi Saydinq Sprinq rəsədxanasını məhv olma təhlükəsi altında qoyub.


Obyektdə beş bina dağılıb. Lakin rəsmilər AAT və dörd başqa teleskopun zədələnmədiyin deyib.

New South Wales ştatı boyu rekort səviyyəyə çatan qızmar hava şəraitindən sonra 100-dən çox meşə yanğını baş verib.

Yanğın səbəbi ilə yalnız bir yanğınsöndürən vəfat edib.
XS
SM
MD
LG